Xidmətlər

Müxtəlif xidmətlərimizlə tanış olun

Balans xidmətləri

Yaxınlarınıza və dostlarınıza həmişə əlaqədə olmağa kömək edin

Siz öz balansınız, yaxud yeni Cin danışıq kartı və ya Klass ödəmə kartı ilə yaxınlarınızın hesabını hər zaman artıra bilərsiniz.

Öz konturlarınızla digər abunəçinin balansının artırılması 

Yaxınlarınıza Bakcell Cin balansınızdan 100 kontur göndərin:

  • Telefonunuzda *105# yığın, sonra kontur göndərmək istədiyiniz Bakcell Cin nömrəsini və #call düymələrini basın

  • Siz və kontur göndərdiyiniz digər abunəçi çatdırılma haqqında bildiriş mesajı alacaqsınız

Cin “Faydalı başlanğıc”abunəçiləri üçün İlk 3 göndərişin qiyməti hər bir göndəriş üçün 5 kontur təşkil edir. Növbəti göndərişlərin qiyməti-hər bir göndəriş üçün 25 kontur. Bütün digər Cin abunəçiləri üçün göndərişlərin qiyməti hər bir göndəriş üçün cəmi 5 kontur təşkil edir.

Yeni Cin danışıq kartı və ya Klass ödəmə kartı ilə digər abunəçinin balansının artırılması 

Bu pulsuz Bakcell xidməti vasitəsi ilə başqa hesaba Cin danışıq kartı və ya Klass ödəmə kartını yükləyə bilərsiniz.

Cin üçün: 

  • Telefonunuzda *101# və Cin kontur kartının 14 rəqəmli şifrəsini yığın, sonra# və hesabını artırmaq istədiyiniz 7 rəqəmli Cin nömrəsini daxil edin və sonra #calldüymələrini basın

  • Siz və balansına kontur yüklədiyiniz digər abunəçiyə çatdırılma haqqında bildiriş mesajı alacaqsınız

Klass və ya Gold üçün: 

  • Telefonunuzda *101# və Klass ödəmə kartının 14 rəqəmli şifrəsini yığın, sonra# və hesabını artırmaq istədiyiniz 7 rəqəmli Klass və ya Gold daxil edin və sonra #calldüymələrini basın

  • Siz və balansına kontur yüklədiyiniz digər abunəçiyə çatdırılma haqqında bildiriş mesajı alacaqsınız

CinKredit

İndi sizin balansınız sıfıra yaxın və ya sıfır oduqda CinKreditlə 300 kontur əldə edə bilərsiniz. Bunun üçün sadəcə *150#Call yığın.

 

Geniş axtarış

Store_az_281x108 Services_az_281x108