Xidmətlər

Müxtəlif xidmətlərimizlə tanış olun

CinKredit

İndi yeni CinKredit xidməti ilə Siz daha çox ünsiyyətdə ola bilərsiniz.

Sadəcə telefonunuzda *150#Call yığın və kreditə 300 kontur əldə edin.

Kreditin alınması

Kreditə kontur almaq üçün:

  • Telefonunuz aktiv rejimdə və ya birtərəfli (ancaq edilən zənglər üçün)bağlı olmalıdır

  • Son 90 gün ərzində balansınıza ən azı 5000 kontur yüklənməlidir (bonuslar və kontur köçürmələri daxil olmaqla)

Nömrəniz yuxarıdakı şərtlərə cavab vemirsə və ya son kreditinizi ödəməmisinizsə,Siz yeni kredit ala bilməyəcəksiniz.

Kreditin ödənişi

  • Kredit məbləği ilk kontur köçürməsi və ya yükləməsi zamanı balansınızdan silinəcək
  • Kreditin tam qaytarılması üçün kifayət qədər konturunuz yoxdursa, kreditin qalan hissəsi növbəti kontur yükləməsi və ya köçürməsi zamanı silinəcək
  • Siz yalnız əvvəlki CinKreditinizi tam ödədikdən sonra növbəti CinKrediti ala bilərsiniz

Kreditin yoxlanılması 

  • Borc statusunuzu yoxlamaq üçün *150*1#Call yığın

Kreditin alınması nömrənizin aktivlik statusunu uzatmır. Nömrəniz qeyri-aktiv olduqda, aldığınız kreditdən yalnız nömrə yenidən aktivləşdikdən sonra istifadə edə biləcəksiniz.

Tarif planı:

  Konturlar
CinKredit üçün xidmət haqqı  60
*150#Call vasitəsilə nömrə üçün USSD kodla sifariş haqqı  12
*150*1#Call vasitəsilə statusun yoxlanılması  12

 Bütün tariflərə ƏDV daxildir.

Geniş axtarış

Store_az_281x108 Services_az_281x108