Xidmətlər
Bakcell-dən BlackBerry tarifləri
İş haqqında danışaq!
İndi öz işinizə istədiyiniz yerdən nəzarət edə bilərsiniz. Bakcell öz Klass və Gold abunəçilərinə sərfəli qiymət və ödəniş şərtləri ilə mobil BlackBerry imkanlarını təqdim edir. Bakcell-in xüsusi təklifləri sayəsində, Siz korporativ və şəxsi elektron poçtunuzu yoxlaya və İnternetdən həm Azərbaycanda, həm də rouminqdə olarkən faydalana bilərsiniz.
BlackBerry Üstünlükləri
- Olduğunuz yerdən asılı olmayaraq – işdə, evdə, yolda və ya hətta rouminqdə - korporativ proqramlara, xidməti və şəxsi elektron poçtuna giriş imkanları
- Elektron məktublara ən məşhur formatlarda (MS Office, .jpg, png və s.) əlavələrə/qoşmalara baxmaq imkanı
- İnternetə rahat qoşulma
- Etibarlı və keyfiyyətli bağlantı
Bakcell-in istənilən Müştəri Xidmətləri Mərkəzlərinin birində və ya şirkətimizin digər ticarət məntəqələrində BlackBerry mobil telefonunu ala və seçdiyiniz tarif planını aktivləşdirə bilərsiniz.
Artıq BlackBerry mobil telefonu varınızdırsa və Siz tarif planlarından birini aktivləşdirmək istəyirsinizsə, sadəcə Bakcell-in Məlumat Mərkəzinə zəng edin.
Tarif planı
| Trafik* | AZN |
|---|---|
| “Freedom” tarifi - 1GB | 25 |
| “Superior” tarifi - 2.5 GB | 35 |
| Əlavə trafik | |
| 1 Mb | 0,03 |
Qiymətlərə 18% ƏDV daxildir.
*Rouminqdə BlackBerry paketlərindən istifadə etdikdə tariflərə əlavə olaraq aşağıdaki şəkildə GPRS tarifi əlavə olunacaqdır (rouminqdə istifadə olunan operatora əsasən): trafikə görə tarif + GPRS rouminqə görə tarif.
Siz BlackBerry telefonunun Wi-Fi funksiyasından istifadə edərək rouminqdə olarkən xərclərinizi optimal şəkildə idarə edə bilərsiniz. Bunun üçün telefonunuzda Wi-Fi funksiyasını aktivləşdirin və olduğunuz ölkənin istənilən pulsuz Wi-Fi şəbəkəsinə qoşulub elektron poçtunuzu yoxlayın və İnternetdən pulsuz istifadə edin (daha ətraflı məlumat üçün mobil telefonunuzun təlimat kitaçasını oxuyun).
BlackBerry haqqında daha ətraflı məlumat
Bakcell BlackBerry Curve 8900 Manual |
Bakcell BlackBerry Bold 9000 Manual |




