Xidmətlər

Müxtəlif xidmətlərimizlə tanış olun

SMS2EMAIL

Bakcell abunəçiləri SMS-lə istənilən elektron poçt ünvanına mətn mesajları göndərə bilərlər.

Bu xidmətdən yararlanmaq üçün abunəçi aşağıda göstərilən qaydada SMS mesajını yaratmalıdır:

{elektron ünvan}{boşluq}{mətn}

Nümunə:

name@domain.com Salam, gəl saat 10:30-da görüşək 

Abunəçi elektron məktubunu mövzunu qeyd etməklə də göndərə bilər:

{elektron ünvan}{boşluq}.{mövzu}.{boşluq}{mətn}

Nümunə:

name@domain.com . Görüş . Salam, gəl saat 10:30-da görüşək 

SMS 9000 qısa nömrəsinə göndərilməlidir.

Bütün mesajlar +99455XXXXXXX@sms2email.bakcell.com elektron ünvanından gələcək, burada XXXXXXX – Sizin mobil telefon nömrənizdir

Nümunə:

Kimdən: +99455XXXXXXX@sms2email.bakcell.com

Mövzu: Görüş

Mətn: Salam, gəl saat 10:30-da görüşək 

Mesaj (e-mail ünvanı, başlıq və mətn daxil olmaqla) 160 işarədən çox olmamalıdır

SMS mesajının 9000 qısa nömrəsinə göndərilmə dəyəri 0.09 AZN-dir (45 kontur). Göstərilən qiymətə 18 % ƏDV daxildir.

Geniş axtarış

Store_az_281x108 Services_az_281x108