Xidmətlər
Bakcell Data Kart
İndi İnternet daha da yaxındır.
Bakcell öz abunəçilərinə yeni bir xidmət təklif edir – Bakcell Data Kart.
Bakcell SİM-kartınızı Bakcell Data Kart-na salıb onu kompüterinizə, noutbukunuza və ya hər hansı digər daşınar cihaza USB port vasitəsilə qoşun və harada olduğunuzdan asılı olmayaraq – evinizdə, yolda, işdə və ya hətta rouminqdə gündə 24 saat, həftədə 7 gün ərzində yüksək sürətli mobil İnternetdən həzz alın. Yalnız bir “klik” edib elektron poçtunuza baxmaq, çatlarda və sosial şəbəkələrdə yazışma aparmaq, ən son xəbərləri nəzərdən keçirmək, sevdiyiniz mahnıları yükləmək və, əlbəttə ki, saytımızda Bakcell-in məhsul və xidmətlər çeşidində bütün yenilikləri diqqətlə izləmək imkanını əldə edirsiniz.
Bakcell Data Kart-ın vasitəsilə Siz həmçinin SMS-mesajlarını da göndərə bilərsiniz.
Bakcell Data Kart-larını Bakcell-in bütün Müştəri Xidmətləri Mərkəzlərindən, bütün Satış və Xidmət Nöqtələrindən və rəsmi diler və distribyutorlarımızın dükanlarından əldə edə bilərsiniz.
Tarif planı
| AZN | |
|---|---|
|
Bakcell Data Kart |
55 |
| Trafik | İstifadə müddəti | Cin abunəçiləri üçün qiymət haqqı (konturlar) | Klass və Gold abunəçiləri üçün qiymət haqqı (AZN) |
|---|---|---|---|
| GPRS | |||
| 40 Kb | İstənilən | 4 | 0.01 |
| Limitsiz paket | |||
| Limitsiz | 24+12 saat | 1000 | 2 |
| Limitsiz | 15 gün | 15000 | 30 |
| Limitsiz | 30 gün | 27000 | 55 |
| Əvvəlcədən ödənilmiş trafik paketləri əldə edə bilərlər | |||
| 16 Mb | 30 gün | 700 | 2 |
| 40 Mb | 30 gün | 1000 | 3 |
| 150 Mb | 30 gün | 2700 | 7 |
Bütün qiymətlər 18% ƏDV daxil olmaqla göstərilib.




