Xidmətlər

Müxtəlif xidmətlərimizlə tanış olun

Mən qayıtdım

“Mən qayıtdım” xidməti zəng çatmayan Bakcell abunəçiləri ilə əlaqə saxlamaq istəyənlərə həmin abunəçilərin şəbəkəyə geri qayıtması barədə məlumat verir. Zəng etdiyiniz Bakcell abunəçisi şəbəkəyə qoşulduqda, bu xidmət abunəçi şəbəkədə olmayan zaman ona zəng edən bütün Bakcell abunəçilərinə SMS xəbərdarlıq göndərir. Bundan əlavə, xidmət, abunəçiyə zəng etməyə çalışan Azərbaycanın digər mobil operatorlarının abunəçilərinə də SMS xəbərdarlığı göndərəcək.

Aktivləşdirmə

“Mən qayıtdım” xidməti “Sənə zəng etmişdim” xidmətinin bütün cari abunəçiləri üçün əlavə xidmət kimi avtomatik aktivləşdiriləcək. Bu o deməkdir ki:

  • şəbəkədə olmayan abunəçi şəbəkəyə geri qayıtdıqdan sonra qəbul etmədiyi bütün zənglər barədə “Sənə zəng etmişdim” xəbərdarlığı alacaq
  • zəng edən bütün abunəçilər isə zəng etdikləri şəxsin şəbəkəyə qayıtması barədə “Mən qayıtdım” xəbərdarlığı alacaq.

“Sənə zəng etmişdim” xidmətini aktivləşdirən bütün yeni abunəçilər üçün “Mən qayıtdım” xidməti avtomatik olaraq aktivləşdiriləcək. Əgər abunəçi “Sənə zəng etmişdim” xidmətini deaktivləşdirərsə, “Mən qayıtdım” xidməti də avtomatik deaktivasiya ediləcək.

Abunəçilər  *159#552#Call yığmaqla şəbəkəyə qayıtmaları barədə xəbərdarlığın digər abunəçilərə göndərilməsini deaktivasiya edə bilərlər.

Eynilə  *159#552#Call yığmaqla xidməti yenidən aktivləşdirmək olar.

Xidmətin xəbərdarlıqları

Abunəçilər zəng etdikləri şəxsin şəbəkəyə qayıtması barədə SMS xəbərdarlıqları alarkən, zəng etdikləri şəxsin _nömrəsi_ SMS mesajın “kimdən” bölməsində görünəcək. Bu zəng olunan şəxsin nömrəsinin abunəçinin telefon kitabçasında olan nömrə ilə tutuşdurulmasını asanlaşdırır və “SMS göndərənə zəng et” funksiyası vasitəsilə həmin şəxsə zəng etmək imkanı verir.

Əlavə komandalar

  • Xidmətin statusunu yoxlamaq üçün *159#553#Call 
  • Yardım üçün  *159#554#Call yığın

Tariflər

Xidmətin aktivləşdirilməsi/deaktivasiyası/yenidən aktivləşdirilməsi pulsuzdur. Heç bir aylıq abunə haqqı və ya digər xərclər yoxdur.

Geniş axtarış

Services_az_281x108 Store_az_281x108