Mobil telefon üçün ayarlar

Internet

Aktivləşdirmə

  • Mobil telefonunuzda İnterneti aktivləşdirmək üçün 5950 qısa nömrəsinə boş SMS göndərin. Siz İnternetə sürətli çıxış üçün avtomatik seçənəkləri SMS vasitəsilə alacaqsınız. Bu seçənəkləri qəbul edib saxlamaq lazımdır
  • Siz həmçinin İnterneti özünüz aktivləşdirə bilərsiniz. Bunun üçün telefonun menyusunda “Şəbəkə ayarları” bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın. Digər seçənəklər adətən dəyişilməz olaraq qalır
  • Müxtəlif əməliyyat sistemləri ilə işləyən telefon modelləri üçün İnternet ayarları ilə tanış olun: Internet ayarları

Qeyd: İnternetdən istifadə etmək üçün hesabınızda ən azı 0.29 AZN olmalıdır.

MMS

Aktivləşdirmə

  • MMS xidmətini aktivləşdirmək üçün 5950 qısa nömrəsinə boş SMS göndərin. Telefonunuzun MMS xidmətini dəstəkləyib-dəstəkləməməsini telefonunuzun istifadəsinə dair təlimat kitabçasında öyrənə bilərsiniz.
  • Telefonunuz MMS xidmətini dəstəkləyirsə, lakin standart seçənəklər telefonunuza uyğun deyilsə, o zaman Siz özünüz aşağıda qeyd olunan seçənəkləri telefonda “Şəbəkə ayarları” bölümünə daxil edə bilərsiniz:

APN: mms.bakcell.com
Homepage MMS: mmsc.bakcell.com

  • Müxtəlif operativ sistemlərlə işləyən telefon modelləri üçün MMS ayarları ilə tanış olun: Internet ayarları

MMS-in göndərişi zamanı aşağıda qeyd edilən yığım qaydalarının yalnız birindən istifadə edilməsi zəruridir (boşluq və rəmzləri daxil etməmək şərti ilə): 
+99455xxxxxxx
0099455xxxxxxx
055xxxxxxx

Elektron ünvana MMS göndərmək istəyirsinizsə, abunəçinin telefon nömrəsinin yerinə, onun elektron ünvanını daxil etməyiniz kifayətdir.

Qeyd: Bir MMS qiyməti 8 qəpik (ƏDV daxil olmaqla) təşkil edir. 1 MMS-in maksimal həcmi 300 KB-dır.

3G “Sür@