SMS2EMAIL
Bakcell abunəçiləri SMS-lə istənilən elektron poçt ünvanına mətn mesajları göndərə bilərlər.
Bu xidmətdən yararlanmaq üçün abunəçi aşağıda göstərilən qaydada SMS mesajını tərtib etməlidir:
{elektron ünvan}{boşluq}{mətn}
Nümunə:
name@domain.com Salam, gəl saat 10:30-da görüşək
Abunəçi həmçinin elektron məktubunun mövzusunu da qeyd edə bilər:
{elektron ünvan}{boşluq}.{mövzu}.{boşluq}{mətn}
Nümunə:
name@domain.com . Görüş . Salam, gəl saat 10:30-da görüşək
SMS 9000 qısa nömrəsinə göndərilməlidir.
Bütün mesajlar +99455XXXXXXX@sms2email.bakcell.com elektron ünvanından gələcək, burada XXXXXXX – Sizin mobil telefon nömrənizdir.
Nümunə:
Kimdən: +99455XXXXXXX@sms2email.bakcell.com
Mövzu: Görüş
Mətn: Salam, gəl saat 10:30-da görüşək
Mesajın mətni (e-mail ünvanı, başlıq və mətn daxil olmaqla) 160 işarədən çox olmamalıdır.
9000 qısa nömrəsinə hər göndərilən mesajın qiyməti:- SMS mesajının 9000 qısa nömrəsinə göndərilmə dəyəri 9 qəpikdir.
Göstərilən qiymətlərə 18 % ƏDV daxildir.




