Sponsorluq fəaliyyəti

- “Aramızda qalsın” serialının baş sponsoru - Bakcell
Azərbaycan telekanallarının birində nümayiş etdirilən “Aramızda qalsın” adlı yerli serialın baş sponsoru Bakcell şirkətidir. Azərbaycan izləyicisinin sevimli serialına çevrilmiş “Aramızda qalsın” televiziya layihəsi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Adi bir azərbaycanlı ailəsindəki münasibətlərdən bəhs edən bu serial izləyicilərin geniş diqqətini cəlb etməyi bacarmışdır.
Bakcell şirkəti Azərbaycanda İLK dəfə olaraq serialın nümayişi zamanı bir neçə qısa video reklam arakəsmələrinin yayımlanmasını gerçəkləşdirilmişdir.
Bundan əlavə serialın nümayişi zamanı Bakcell şirkətinin müxtəlif məhsul və xidmətləri barədə məlumatlar izləyicilərə təqdim edilir. Bu əsasən, serialın ssenarisinə çeşidli xidmətlər barədə reklam xarakterli məlumatların daxil edilməsi sayəsində mümkün olmuşdur.
Bakcell hər zaman kreativ yanaşma tərzinə üstünlük verir və mütərəqqi kommunikasiya metodlarından istifadə edir.

- Maşın şou
2010-cu ilin May ayında Bakcell şirkəti Televiziyanın ən reytinqli realiti layihələrindən biri olan, Lider TV-də efirə gedən Maşın şounun sponsoru olmuşdur. Mayın 11-dən 27 kimi, 18 tanınmış Azərbaycan ulduzu əsas mükafat – Avtomobil üçün mübarizə aparmışdır. Layihənin ən maraqlı hadisələri barədə xəbərlər, şəkillər və videolar Bakcell-in www.bakcell.com internet səhifəsində yerləşdirilmişdir. Həmçinin Bakcell-in internet səhifəsinin xüsusi bölməsində tamaşaçıların iştirakçılara sual vermək, şərh və diləklərini yazmaq imkanları təqdim edilmişdir. Bütün iştirakçılara Bakcell-dən xüsusi hədiyyələr – Blackberry mobil telefonları və Bakcell Gold nömrələri hədiyyə edilmişdir.

- "Yeni ulduz" musiqi müsabiqəsi
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti ölkənin istedadlı gənclərinə daima dəstək göstərir. Azərbaycanın musiqi sahəsində istedadlı gənclərinin aşkarlanması istiqamətində keçirilən “Yeni ulduz” müsabiqəsinin ilk sponsoru Bakcell şirkəti olmuşdur. Həmin müsabiqənin qalibləri sonradan Eurovision daxil olmaqla, müxtəlif beynəlxalq musiqi müsabiqələrində Azərbaycanı yüksək səviyyədə təmsil etmişlər.

- Uğur Mükafatı
19 Mart 2010-cu il tarixində Bakcell şirkəti Azərbaycanın “Ən sürətlə inkişaf edən şirkət” nominasiyası üzrə UĞUR Milli mükafatını qazanmışdır. UĞUR Milli Mükafatı “Consulting & Business” Jurnalı tərəfindən 2000-ci ildə təsis edilmişdir. Mükafat milli iqtisadiyyatın gücləndirilməsi və inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması sahəsində nailiyyətlərə görə iş adamlarına və ictimai xadimlərə təqdim edilir. Qeyd edək ki, UĞUR 2009 təqdimat mərasiminin baş sponsorluğunu Bakcell şirkəti həyata keçirmişdi.

- Qolf Turnirləri (Azerbaijan Golf Open/ Bakcell Spring Open)
Bakının səması qara buludlar ilə örtüləndə və şiddətli yağışlar yağanda, Azərbaycanın bütün qolf həvəskarları mülayim günəş və mükəmməl qolf meydanlarından həzz alacaqlar. Bunun səbəbi, Azərbaycanın ilk mobil operatoru tərəfindən təşkil olunan Qolf turnirləridir. Həmin turnirlər zamanı, qolf ustadları gözəl oyundan həzz alırlar və “qolf karyerasına” təzə başlayanlar isə, Akademiyada qısa təlim keçib oyunun əsaslarını öyrənə bilərlər.
Əlavə olaraq Bakcell şirkəti Dubayda “Azerbaijan Golf Open 2009” payız turnirinin, Avstriyada “Bakcell Spring Golf Open 2010” turnirinin, Dubayda ikinci payız “Azerbaijan Golf Open 2010” turnirinin, Avstriyada ikinci “Bakcell Spring Golf Open 2011” turnirinin sponsoru olmuşdur.
Bu cür illik turnirlərdə iştirak edənlərin sayı daima artır, çünki qolf həvəskarları və oyunçularının turnirin hansı ölkədə keçirilməsindən asılı olmayaraq sadəcə qolf oynamaq üçün yığışırlar. Qolf oyunçuların sırasında uğurlu yerli və xarici iş adamları, böyük holdinqlərin sahibləri və hökümət məmurları da vardır.

- Planet Parni iz Baku (TV şou)
“Parni iz Baku” KVN komandasının keçmiş üzvləri tərəfindən 2001-ci ildə təşkil edilmiş televiziya layihəsidir. Verilişin 10 illiyinə həsr edilmiş layihə çərçivəsində 2010-cu ilin Oktyabr ayından 2011-ci iln İyun ayına kimi, son 10 ilin ən yaxşı epizodları nümayiş edilmişdir. Hər proqram müəyyən ilə həsr olunmuşdur və verilişdə Bakcell şirkətinin nailiyyətləri də qeyd edilmişdir.

- Cazz Festivalı (mərasim)
Bakı Caz festivalı, məşhur caz musiqiçilərinin istirakı ilə keçirilən illik musiqi tədbiridir. 2010-cu ildə festival Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə təşkil edilmişdir. Festival 15 gün, Oktyabrın 16-dan 30-na qədər davam etmişdir. Bu tədbirin baş sponsorluğunu Bakcell şirkəti həyata keçirmişdir. Festivalda Matt Bianco, Jazzamor, Shakatak, Al Di Meola, Keiko Matsui, Monty Alexander, Vijay Iyer Trio, Eric Vloeimans, Dianne Reeves kimi dünya şöhrətli caz musiqiçiləri iştirak ediblər.

- Şahmat turniri (mərasim)
10-15 aprel tarixlərində Bakı şəhərində Uşaqlar arasında V Beynəlxalq Şahmat Turniri Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətinin dəstəyi ilə keçirilmişdir. “Gənclik” Şahmat Klubu” və “British school” tərəfindən təşkil edilmiş və “Odlar Yurdu” Universitetində keçirilmiş bu turnirdə Türkiyə, Polşa, Gürcüstan, Şotlandiya, Bolqarıstan, Trinidad və Tobaqo, Hindistan və Azərbaycan daxil olmaqla 8 ölkədən 42 gənc şahmatçı iştirak etmişdi. Turnirdə Gürcüstan, Bolqarıstan və Azərbaycan təmsilçiləri qalib gəlmişlər.
Uşaq şahmatının inkişafı və ümumiyyətlə, uşaqların intellektual bacarıqlarının artırılmasına yönəlmiş digər təhsil və sosial yönümlü layihələri dəstəkləməklə, Bakcell şirkəti uşaqlara qarşı öz korporativ sosial məsuliyyətini nümayiş etdirir.




