Səsli Mesaj Xidməti

Fasiləsiz əlaqə saxlayın
İndi hətta telefonunuz söndürülmüş olsa, əhatə dairəsindən kənarda olsanız və ya Sizə zəng edən abunəçiyə dərhal cavab verə bilməsəniz belə Səsli Mesaj Xidməti baş verənlərdən xəbərdar olmanıza imkan yaradır. Səsli Mesaj Xidməti vasitəsilə Sizə zəng edən hər bir kəs Sizin üçün səsli mesaj saxlaya bilər və Siz bu mesajı nəinki mobil telefonunuzdan, hətta istənilən digər telefondan və ya rouminqdə olarkən belə dinləyə bilərsiniz.
Yeni səsli mesajınızın olması barədə dərhal xəbər tutmanız üçün Bakcell bu barədə Sizə SMS göndərəcək. Bakcell Sizə aşağıdakılardan pulsuz faydalanmağı təklif edir:
- Səsli Mesaj Xidmətini aktivləşdirmək, yenidən qoşulmaq və deaktivasiya etmək
- SMS xəbərdarlıq mesajları almaq
- Öz şəxsi Səsli Mesaj qutunuzu yoxlamaq
- Səsli Mesaj Xidmətinin dili və seçənəklərini dəyişmək
|
Salamlamanın maksimal müddəti |
30 saniyə |
|
Dinlənilməmiş mesajların saxlanma müddəti |
7 gün |
|
Yaddaşa yazılmış mesajların saxlanma müddəti |
30 gün |
|
Səsli Mesaj qutusunda maksimal mesaj sayı (yeni və yaddaşa yazılan) |
10 mesaj və ya 5 MB |
|
Qəbul olunmuş bir mesajın maksimal müddəti |
3 dəqiqə |
|
Göndərilən bir mesajın maksimal müddəti |
3 dəqiqə |
|
Göndərilmə siyahısında ola bilən maksimal nömrə sayı |
15 |
|
Eyni vaxtda göndərilmə siyahılarının maksimal sayı |
10 |
|
Qrup mesajları üçün siyahı yaradılması |
mümkündür |
|
Göndərilən mesajın konkret göstərilən vaxtda çatdırılması |
mümkündür |
|
Xidmətin “Sənə zəng etmişdim” xidməti ilə uyğunluğu |
mümkün deyil |
|
Xidmətin “Meloton” xidməti ilə uyğunluğu |
mümkün deyil |
|
Komanda |
Mənası |
|---|---|
| star1 |
Baş menyuya qayıt |
| star2 |
Əvvəlki menyuya keç |
| star5 |
Digər Səsli Mesaj qutusuna daxil ol |
| star8 |
Zəng et |
| star9 |
Çıxış |
| star0 |
“Köməkçini” çağır |
|
8 |
Fasilə |
| Qoşulma, seçənəklər və aylıq xidmət | Pulsuz |
| Səsli Mesaj qutusunun telefonunuzdan yoxlanılması | Pulsuz |
| Səsli Mesaj qutusunun başqa telefondan yoxlanılması | Həmin operator tərəfindən Bakcell-ə edilən zənglər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq |
| Rouminqdə olarkən öz telefonunuzdan Səsli Mesaj qutusunun yoxlanması | Rouminqdə olarkən Bakcell-ə edilən zənglər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq |
| Xaricdə olarkən başqa telefondan Səsli Mesaj qutusunun yoxlanması | Həmin operator tərəfindən Bakcell-ə edilən zənglər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq |
| Rouminqdə olarkən Səsli Mesaj qutunuzda qoyulan mesajlar | Rouminqdə olarkən daxil olan zənglər üçün müəyyən edilmiş tariflərə uyğun üstəgəl rouminq ölkəsindən Azərbaycana zəngin yönləndirilməsi üçün ödəniş |




