Unutmusuz?

Qeydiyyat

Yiğit Berktaş

   

Texniki Direktor

Yiğit Berktaş 2G və 3G simsiz rabitə operatorları, internet servis provayderlər, FTTx və geniş zolaqlı şəbəkələrdə texniki əməliyyatlarının idarə olunması üzrə mütəxəssisdir. Cənab Berktaş Bakcell-ə 2011-ci ilin fevralında gəlib.

Bundan əvvəl o, Azertelekom şirkətində Texniki Direktor vəzifəsində çalışıb. Yiğit Berktaş öz əmək fəaliyyətinə Türkiyənin telekommunikasiya sektorunda başlayıb və Türkiyənin ilk və ən böyük mobil operatoru olan Türkcell-də Baş Mühəndis kimi işləyib. Daha sonra o, Azercell Telekom-da Kommutator Şəbəkə Meneceri və Texniki Əməliyyatlar üzrə Baş Menecerin Müavini vəzifələrini icra edib. 2003-cü ildə İrancell-də Texniki Direktor vəzifəsində çalışan Berktaş, 2004-2007-ci illər ərzində Astelit Ukrayna şirkətinin GSM Şəbəkəsi üzrə Direktoru olub. Simsiz rabitə üzrə 13 illik iş təcrübəsi əldə etdikdən sonra o, Türkiyənin ilk FTTx şəbəkəsi və şəhərlərarası danışıq üzrə özəl operatoru olan Superonline şirkətində Texniki Direktor kimi öz əmək fəaliyyətini davam etdirib.

2009-2010-cu illərdə Yiğit Berktaş Türkiyənin ən gənc mobil operatoru olan Avea şirkətində Şəbəkə Əməliyyatları üzrə direktor vəzifəsini icra edib. Yiğit Berktaş Türkiyənin Yaxın Şərq Texniki Universitetində Elektrik və Elektron Mühəndisliyi üzrə bakalavr və Bosfor Universitetində Biznesin İdarə Olunması üzrə magistr təhsili alıb.