download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell İLK adlı brend smartfonunu təqdim edir
    30.10.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, böyük məmnuniyyətlə özünün İLK adlı  brend smartfonunu  təqdim edir. Müasir smartfonların bütün xüsusiyyətlərinə malik və münasib qiymətə olan İLK smartfonu mobil telefon istifadəçisindən smartfon istifadəçisinə çevrilən Bakcell abunəçiləri üçün unikal seçimdir. Cəmi 79 AZN qiymətində olan bu smartfon xüsusilə smartfon istifadəsinə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub və sahiblərinə mükəmməl smartfon təcrübəsini təmin edir. İLK smartfonu Android əməliyyat sistemində işləyir, gözoxşayan dizayna və yeni smartfon istifadəçisinin tələblərinə cavab verən aşağıdakı texniki xüsusiyyətlərə malikdir: Geniş 4 düymlü sensorlu ekran 1.2 GHz Quad Core prosessor RAM 512 + ROM 4GB Android 4.3 əməliyyat sistemi 5MP kamera + parlaq işıq Ön kamera Uzun ömürlü batareya Sadəcə 79 AZN ödəməklə abunəçilər yuxarıdakı üstünlüklərə malik mükəmməl cihazla yanaşı, 6 ay ərzində bonus şəklində hər ay 1GB internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir. İLK smartfonunu “Bakcell” rəsmi dilerlərindən və bir sıra tərəfdaş dükanlardan əldə etmək  mümkündür İLK smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər. İLK smartfonu barədə əlavə məlumat almaq üçün link: http://www.bakcell.com/az/let-ilk-be-your-first-smartphone Ötən il Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013- 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Təxminən 1 ay öncə isə Bakcell daha qabaqcıl smartfon istifadəçiləri üçün Azərbaycan bazarına “ALOV”u çıxarıb və çox qısa müddət ərzində bu smartfonlar bazarda özünəməxsus yer tutub.  Bakcell 3G  İnternet brendini və ən yaxşı mobil məlumat ötüməsi funksiyasını özündə cəmləşdirən Bakcell smartfonları cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı zərif görünüş və toxunuşa malikdir. İLK smartfonları barədə hazırlanmış reklam çarxına baxmaq üçün link: https://www.youtube.com/watch?v=vgta54DIRZo&list=UU_9AoCPPHus8pKvFEsttBRQ *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.