Bakcell hədiyyələr təqdim etdi

20.02.2010

Bakcell şirkəti BakuTel-2009 telekommunikasiya sərgisində stendinin ən fəal iştirakçılarına mükafatlar təqdim etdi.

“Ötən ilin sonunda biz stendimizdə, yenilənmiş brendimizi və “Daha yaxın olaq” adlı yeni iş fəlsəfəmizi müştərilərlə nümayiş etdirdik, şirkətin üç əsas məhsulu olan – Cin, Klass və Gold tarif planlarını və Bakcell-dən bir sıra yeni xidmət və bonusları təqdim etdik. Bununla yanaşı, Bakcell əməkdaşları stendin ziyarətçiləri arasında sorğu apararaq rabitənin keyfiyyəti və qiymət siyasəti ilə bağlı suallara cavab verərək və öz təklif və rəylərini bildirməyi xahiş etmişdilər.

Əlbəttə, biz başa düşürdük ki, Bakcell kimi şirkətin stendi çox uğurlu olacaq, amma reallıq bizim gözlədiyimizdən də yaxşı oldu. Cəmi üç gün ərzində bizim sorğuda 2000-ə yaxın insan iştirak etdi. Şirkətimizin müvafiq şöbələri bu anketlər üzərində işi və analizi artıq tamamlayıb” – Bakcell-in Baş Direktoru, xanım İneke Botter qeyd etdi.

“Eyni zamanda bizim sorğuda fəal iştirak edən stend ziyarətçilərini xüsusilə qeyd etmək və onlara təşəkkürümüzü bildirmək istərdik: onlar çoxlu suallar vermiş və Bakcell-in fəaliyyəti ilə bağlı dəyərli tövsiyələr bildirmişlər.

Əməkdaşlarımız bu respondentlərlə artıq əlaqə saxlayıb və biz onlara yeni mobil telefonlar hədiyyə ediblər,” – İneke Botter bildirdi.

Xatırladaq ki, sərginin nəticələrinə əsasən şirkətin stendi ən yaxşı stend seçilmiş və Best presentation of Corporate Style nominasiyasında qalib olmuşdur.