Bakcell yeni təkmilləşdirilmiş “Mənə zəng et” xidmətini təqdim edir

23.02.2010

Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz müştəriləri üçün “Mənə zəng et” xidmətini yeniləndirir. Bakcell-in “Mənə zəng et” xidməti çoxdandır ki, balansında kifayət qədər kontur olmayan, dostları, yaxınları və işgüzar partnyorları ilə təcili əlaqə saxlamaq istəyən Cin abunəçilərinin köməyinə çatırdı.

Bundan sonra isə Bakcell abunəçiləri Azərbaycanın digər (GSM, CDMA) mobil operatorlarının abunəçilərinə də SMS vasitəsilə “Mənə zəng et” sorğusu göndərə biləcəklər.

“Mənə zəng et” sorğusu müsbət balansda belə mümkün olacaq. Sorğu göndərdiyiniz insanlar, öz mobil telefonlarının “Göndərən” bölümündə sizin mobil nömrəniz göstərilmiş SMS-bildiriş alacaqlar. Bu da ki sorğu sahibini müəyyən etməyə və geri zəng etməyə kömək edəcək.

Ümumiyyətlə, “Mənə zəng et” xidmətindən istifadə etmək üçün ünsiyyət yaratmaq istədiyiniz Bakcell abunəçisinin nömrəsini göstərməklə, bu xidmətin nömrəsinə pulsuz sorğu göndərməyiniz kifayətdir. Sorğu göndəriləndən sonra xidmət tərəfindən tələb olunan abunəçiyə sizin nömrəyə zəng etmək xahişi ilə SMS-bildiriş göndəriləcək.

Təkmilləşdirilmiş “Mənə zəng et” xidmətinin Azərbaycan telekommunikasiya bazarında bənzəri yoxdur. Bakcell-in müştərilər üçün atdığı növbəti bir addım sayılan bu xidmət, özünün çoxfunksionallığı və istifadəyə rahatlılığı ilə seçilir.