31 yeni baza stansiyası

16.03.2009

2009-cu ilin fevral ayı ərzində Bakcell Respublika ərazisində 31 baza stansiyası quraşdırmışdır. Yeni baza stansiyalarının istifadəyə verilməsi Bakıda, Abşeron yarımadasında, Ağsu, Goranboy, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Zaqatala, Samux, Mingəçevir və Balakən rayonlarında şəbəkənin əhatə dairəsi və keyfiyyətinin artmasına səbəb olmuşdu.

Hal-hazırda Bakcell şəbəkəsi Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir. 2009-cu ilin sonunadək bütün ölkə ərazisini əhatə etmək Bakcell-in əsas məqsədlərindən biridir. Bakcell şirkəti abunəçilərinə ən müasir şəbəkə təqdim etmək üçün hər zaman böyük səy göstərir.