2009-cu ilin sonunadək tam əhatə

20.03.2009

Bakcell sürətlə genişlənmə və daha da güclənmə proqramı çərçivəsində 2009-cu ilin sonunadək bütün ölkə ərazisində 2G şəbəkəsini quracaq.

Genişlənmə proqramı çərçivəsində Bakcell qlobal telekommunikasiya xidmətləri göstərən Nokia Siemens Networks şirkətilə əməkdaşlıq edir. Proqrama həmçinin internet kimi yeni mobil məlumat xidmətləri tələbatlarını ödəmək üçün EDGE Texnologiyasının təkmilləşdirilməsi də daxil edilib.

Nokia-nın Flexi EDGE baza stansiyası bizə daha qənaətli texnologiyadan istifadə etməyə və bazarın ən aşağı enerji məsrəfindən istifadə edərək istismar xərclərini azaltmağa kömək edəcək.

Bakcell-in baş direktoru İneke Botter demişdir: Məqsədimiz Bakı və regionlardakı abunəçilərimizi son texnologiya və ən yaxşı şəbəkə əhatəsi ilə təmin etməkdir. Biz əminik ki, yeni Nokia Siemens texnologiyası ilə Bakcell abunəçilərinə təqdim etdiyi yeni mobil xidmətlərini daha da inkişaf etdirmək imkanına malik olacaq. Texnologiya ətraf mühit üçün zərərsizdir və Bakcell şirkətinin müştərilərinə video, internet və audio kimi mobil xidmətlərdən rahat istifadə etmək imkanı verir. Bu, həmçinin eyni anda səs və məlumatların ADSL-lə müqayisə edilə biləcək sürətlə istifadəsinə imkan verir.

Enerjiyə qənaət effekti axtarışında

Flexi şəbəkəni sürətlə genişləndirmək imkanı verən, yeni, kiçik, modul tipli və quraşdırmaq üçün çox asan bir baza stansiyasıdır. Bundan əlavə, Flexi Baza Stansiyası enerji sərfiyyatını 70% -ə qədər azaldır. Bu, gələcəkdə 3G, WiMAX və LTE kimi qabaqcıl mobil radio texnologiyaları ilə birləşdirilə biləcək platformadır.

Volter Lemor, Nokia Siemens Networks şirkətinin Azərbaycandakı rəhbəri: “Biz çox şadıq ki, Bakcell bütün Azərbaycanı öz şəbəkəsi ilə əhatə etməsi üçün məhz bizi seçib. Qabaqcıl məhsullarımızla Bakcell abunəçilərinə göstərilən xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq və şəbəkəni hər zaman artan mobil xidmət tələbatlarına cavab verməyə hazırlayacağıq.“

Nokia Siemens Şəbəkələri haqqında daha ətraflı məlumat:

www.nokiasiemensnetworks.com