Bakcell yeni SMS2EMAIL xidmətini təqdim edir

03.03.2010

Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz müştəriləri üçün yeni SMS2EMAIL xidmətini təqdim edir. Bundan sonra, Bakcell abunəçiləri SMS-lə istənilən elektron poçt ünvanına mətn mesajları göndərə bilərlər.

Bu yeni xidmətdən istifadə etmək üçün Bakcell abunəçiləri öz mobil telefonunda boş məsafədən sonra name@domain.com mətnli mesaj yaratmalı və onu 9000 qısa nömrəsinə göndərməlidir. Nümunə: name@domain.com . Görüş . Salam, gəl saat 10:30-da görüşək

Bütün mesajlar +99455XXXXXXX@sms2email.bakcell.com elektron ünvanından gələcək, burada XXXXXXX – Sizin mobil telefonunuzun nömrəsi olacaq. SMS-ə cavab olaraq hər bir Bakcell abunəçisi standart SMS göndərə və ya sadəcə zəng edə bilər. SMS mesajının 9000 qısa nömrəsinə göndərilmə qiyməti 0.09 AZN-dir (45 kontur).

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.