Bakcell yeni Data Kart-ı təqdim edir

05.03.2010

Bakcell, müştərilərinə Daha Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün yeni Data Kart-ı təqdim edir. Data Kart stolüstü kompüteri, noutbuku və ya hər hansı bir digər portativ cihazı USB port vasitəsilə internetə qoşmağa imkan verir. Bunun üçün Bakcell Data Kartını istifadə etmək kifayətdir. Bakcell abunəçiləri evdə, yolda, işdə və hətta rominq zamanı günün 24 saatı, həftənin 7 günü yüksəksürətli internetdən istifadə edə bilərlər.

Yeni Data Kart vasitəsilə Bakcell abunəçiləri öz elektron poçtlarını yoxlaya, sosial şəbəkə və çatlar vasitəsilə ünsiyyət saxlaya, ən son xəbərləri oxuya və yeni mahnıları yükləyə bilərlər. Həmçinin Bakcell abunəçiləri Data Kart vasitəsilə SMS mesajlar göndərə bilərlər. Bakcell Data Kartlarını Bakcell-in bütün satış nöqtələrində əldə etmək mümkündür.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.