Bakcell “Poz və Qazan” lotereyasının qalibinə BMW i320 avtomobilini təqdim edib

15.03.2011

Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, 15 мart 2011-ci il tarixində, “Poz və Qazan” Lotereyasının qalibi Vüsal Əzizova BMW i320 avtomobilini təqdim etmək üçün təntənəli mərasim təşkil edib.

“Improtex Motors” şirkətinin ofisində keçirilən mərasim zamanı Bakcell şirkətinin Baş Kommersiya Direktoru cənab Krasimir Genov BMW avtomobilinin sahibi Vüsal Əzizova simvolik maşın açarı təqdim edib.

22 yaşlı tələbə Vüsal Əzizov Bakcell şirkətinə təşəkkür edib və BMW avtomobilinin xoşbəxt sahibi olmasına şad olduğunu bildirib: “Mən sadəcə balansımı artırmaq üçün bir neçə kontur kartı almışdım. Onların birində əsas hədiyyənin – avtomobilin olduğunu görəndə, gözlərimə inanmadım. Bakcell-in Müştəri Xidmətləri Mərkəzində kartları yoxlatdırdım və məlum oldu ki, mən həqiqətən qalib gəlmişəm. Bu qədər bəxtəvər olub əsas hədiyyəni qazanmağıma heç inanmırdım. Mən ən şanslı Bakcell abunəçisi kimi avtomobil qazanmağıma görə çox şadam”.

Bakcell şirkətinin Baş Kommersiya Direktoru cənab Genov bəxtəvər qalibi təbrik edərək ona yeni avtomobildə xoş və təhlükəsiz səyahətlər arzulayıb: “Bu cür kampaniyalar vasitəsilə biz abunəçilərimizə bəxtlərini sınayıb Bakcell-dən qiymətli hədiyyələr qazanmaq imkanını yaratmaq istəyirik”.

Xatırladaq ki, “Poz və Qazan” Lotereyası 25 dekabr 2010-cu il tarixdən 21 yanvar 2011-ci il tarixə qədər keçirilmişdir. Lotereyada iştirak etmək üçün CİN abunəçiləri 4 ədəd 1 AZN, 2 AZN və 6 AZN-lik kartı toplayıb müxtəlif hədiyyələri və əsas priz BMW i320 avtomobilini qazanmaq üçün təsvirli tapmacanı tapmalı idilər. Lotereya ərzində Bakcell abunəçiləri 60 ədəd Netbuk, 90 ədəd Nokia 5130 telefonu, 150 ədəd Nokia 2330 telefonu, 130 ədəd USB modemi, çoxsaylı 1 və 2 AZN dəyərində kontur kartları daxil olmaqla minlərlə müxtəlif hədiyyələrə sahib olublar.

Bakcell şirkəti BMW i-320 avtomobilinin qalibini təbrik edir və kampaniyada iştirak etmiş bütün abunəçilərə təşəkkürünü bildirir.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün xahiş edirik ki, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.