Novruzun səsi ol!

14.03.2021

Bakcell Novruz bayramı münasibətilə sizə dəyərli hədiyyələr hazırlayıb.

Hədiyyə qazanmaq üçün:

  • www.novruzunsesiol.az saytına daxil olun,
  • Bakcell mobil nömrənizlə qeydiyyatdan keçin,
  • Bakcell-in Novruz videosunda istifadə olunması üçün bayram təbrikinizi səsləndirin.

Əgər siz də Novruzda həm təbrikinizin səslənməsini, həm də hədiyyə qazanmaq istəyirsinizsə, müsabiqəyə qatılın və 3 dəyərli mükafatdan birini qazanmaq şansı əldə edin!

  • Apple Watch SE
  • Apple AirPods Pro
  • JBL Link 20 Voice
  • Müsabiqəyə qoşulan hər kəsə Bakcell-dən 100 dəqiqə hədiyyə!

Müsabiqə martın 14-dən martın 19-u saat 20:00-dək davam edəcək!

Qeyd:

  • Müsabiqədə yalnız Bakcell istifadəçiləri iştirak edə bilər;
  • Müsabiqədə hər istifadəçi yalnız 1 dəfə iştirak edə bilər;
  • İştirakçılar tərəfindən yazılan yarımçıq, uyğun olmayan, etik normalara cavab verməyən, keyfiyyətsiz səsyazmalar qeydə alınmayacaq, həmin səslər silinəcək və səsin müəllifi müsabiqəyə qatıla bilməyəcək;
  • İştirakçılar www.novruzunsesiol.az saytını @Bakcell səhifəsini işarələyərək #NovruzunSəsiOl heşteqi ilə şəxsi sosial media hesablarında paylaşa bilərlər.
  • Bakcell müsabiqə iştirakçıları tərəfindən #NovruzunSəsiOl heşteqi ilə paylaşılan videoları öz rəsmi hesablarında yayımlamaq hüququna sahibdir;
  • Qaliblər Bakcell-in münsiflər heyəti tərəfindən seçiləcək və 20 mart tarixində elan ediləcək;
  • Müsabiqədə iştirakı təsdiq olunmuş bütün iştirakçılara Bakcell tərəfindən ölkədaxili 100 dəqiqə hədiyyə olunacaq. Hədiyyə dəqiqələri 30 gün müddətində etibarlıdır. Pulsuz ölkədaxili dəqiqələr 20 mart tarixində iştirakçıların www.novruzunsesiol.az saytında qeydiyyat zamanı qeyd etdikləri Bakcell mobil nömrəsinə yüklənəcək. Hədiyyəni əldə etmək üçün iştirakçının mobil nömrəsi aktiv statusda olmalıdır.
  • Qeydiyyat zamanı düzgün qeyd olunmayan və ya Bakcell abunəçisi olmayan nömrələrə hədiyyə dəqiqələr təqdim edilməyəcək.
  • Müsabiqədə iştirak üçün ilk 1000 nəfər qeydə alınacaq. 1000 nəfərdən sonrakı iştirakçılar qeydə alınmayacaq.