Bakcell Caspian Energy Integration Award mükafatına layiq görülüb

14.04.2009

2009-cu il aprelin 8-də beşinci Caspian Energy Integration Award mükafatının təqdimat mərasimində Bakcell İlin Telekommunikasiya Şirkəti adına layiq görülüb.

Mükafat Bakcell-in baş direktoru xanım İneke Botterə təqdim olunub.

Təqdimat mərasimində çıxış edən xanım Botter, tədbirin təşkilatçısı olan Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun rəhbərliyinə öz minnətdarlığını bildirib. Xanım Botter qeyd edib ki, Bakcell öz şəbəkəsi, məhsul və texnologiyaları ilə inkişaf etməyə davam edəcək və müştərilərinin ümidlərini doğrultmaq üçün əlindən gələni edəcək.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Əliyev qeyd edib ki, beşinci Caspian Energy Integration Award mükafatı dünyanın 30 ölkəsindən yüksək və orta səviyyəli 3 min menecer arasında keçirilən sorğunun nəticələri əsasında təqdim olunub.

Mükafatları ölkələrinin ərazisində istehsal və ictimai sahələrdəki fəaliyyətə böyük təsir göstərən, habelə dünya bazarlarında öz fəaliyyətini genişləndirən şirkətlər və təşkilatlar alıb.