DaimOnline tariflərində dəyişiklik

18.09.2019

“Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, 27 sentyabr 2019-cu il tarixindən etibarən şirkətin “DaimOnline” tariflərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

“DaimOnline 6” tarifi çərçivəsində abunəçilərə hər ay verilən 2 GB internet əvəzinə 3 GB internet trafiki veriləcək. Həmin tarifdə, pulsuz “WhatsApp” istifadəsi yalnız mətn mesajlarına şamil ediləcək və “WhatsApp” üçün nəzərdə tutulmuş internet trafikin həcmi 5 GB təşkil edəcək.

“DaimOnline 10” tarifi çərçivəsində sosial media üçün nəzərdə tutulmuş internet trafikin həcmi 5 GB təşkil edəcək və abunəçilərə hər ay 100 şəbəkədaxili dəqiqə veriləcək.

“DaimOnline 20” tarifi ləğv edilərək cari abunəçilər “DaimOnline 10” tarifinə keçiriləcək. Hal hazirda bu tarifin aktivləşdirilməsi üçün istifadə olunan *320#Yes kodu ləğv ediləcək.

Yuxarıda qeyd olunan bütün dəyişikliklər cari ilin sentyabr ayının 27-dən sonra qüvvəyə minəcək və növbəti aylıq abunə haqqının ödənilməsindən sonra abunəçilər yenilənmiş tariflərdən istifadə edəcəklər.
Hər bir DaimOnline abunəçisi sentyabr ayının 27-nə qədər bu yeniliklər barədə SMS vasitəsilə məlumatlandırılacaq.