Bakcell abunəçilərinin nəzərinə!!!

27.12.2019

“Bakcell” MMC ilə abunəçilər arasında imzalanmış, özündə “wireless internet at home solution” cihazı vasitəsilə müvafiq internet trafikinin təmin edilməsini əks etdirən “Wi-Fi evinizdə” müqavilələrinə bu müqavilənin 3.2.5-ci maddəsinə əsasən 24 yanvar 2020-ci il tarixdən xitam verilir.

“Bakcell” MMC “wireless internet at home solution” cihazının abunəçilərinin istifadəsində qalması şərtilə yeni şərtlərlə müqavilə bağlamağı təklif edir. yeni müqavilə bağlanmadığı halda “wireless internet at home solution” cihazını “Bakcell” MMC-yə geri qaytarmaq abunəçilərdən xahiş olunur.