Asan İmza
Sizin də "Asan İmza"nız olsun, işiniz asanlaşsın!
Nazirliklərdə, Dövlət Sosial Müdafiə fondunda, e-xidmətlərdə, kommunal xidmətlərdə və bu kimi digər sahələrdə 600-ə qədər fərqli əməliyyat üçün "Asan İmza"dan yararlana bilərsiniz.
Bakcell bütün abunəçilərinə müasir elektron xidmət təqdim edir. Artıq bizim abunəçilərimiz e-xidmətlərə daxil olanda, rəqəmsal imzalar edəndə, şəxsiyyətini təsdiqləyəndə mobil telefonu vasitəsi ilə "Asan İmza" xidmətindən yararlana bilərlər.
"Asan İmza" xidməti istifadə etdiyiniz SİM karta (nömrəyə) və yaxud yeni SİM karta tətbiq edilə bilər. Bu xidməti aktivləşdirmək üçün:
- şəxsiyyət vəsiqənizlə birlikdə Bakcell Müştəri Xidmətləri Mərkəzinə gəlin və "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartınızı əldə edin;
- sonra SİM kartda rəqəmsal sertifikatlarınızı aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edin.
"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər, dövlət və özünüidarəetmə orqanları istifadə edə bilərlər.
3 illik qoşulma haqqı | 1 aylıq abunə | SIM dublikatı üçün ödəniş | Tələb olunan sənədlər | "Asan İmza" ilə tranzaksiya qiyməti | |
---|---|---|---|---|---|
Fiziki şəxslər (vətəndaşlar) üçün | 0 AZN | 2.50 AZN | 3.54 AZN | şəxsiyyət vəsiqəsi | 0 AZN |
Dövlət strukturları üçün | 16 AZN | 0 AZN | 3.54 AZN | şəxsiyyət vəsiqəsi + dövlət idarəsindən məktub | 0 AZN |
Hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün | 18 AZN | 2.50 AZN | 3.54 AZN | şəxsiyyət vəsiqəsi + VÖEN | 0 AZN |
Qeyd
- İstifadə etdiyiniz nömrədə "Asan İmza" xidmətini aktivləşdirmək istəyirsinizsə, lütfən Bakcell Müştəri Xidmətləri Mərkəzinə müraciət edin və SİM kartı yeniləyin.
Asan İmza ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün:
- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin "195" Çağrı Mərkəzinə zəng edin
- info@asanimza.az elektron məktub göndərin
- http://www.asanimza.az/az/ saytına daxil olun.
Asan İmza mobil elektron imza vasitəsilə istifadəsi mümkün olan e-xidmətlərin SİYAHISI