Aydan Ibrahimli

Universitetin bakalavr dərəcəsini bitirdikdən sonra iş axtarışında idim. “Bakcell”-in “Smart Start” təcrübə proqramı haqqında məlumat əldə edəndə çox sevindim, çünki bu mənim peşəkar həyatımda ilk təcrübəm olacaqdı.

Test və müsahibələrdən uğurla keçdikdən sonra mənə Müştəri Xidmətləri şöbəsində təcrübə keçmək təklif olundu. Təbiətcə şən və ünsiyyətcil insan olduğuma görə bu sahədə çalışmaq mənə böyük zövq verdi. İnsanlarla ünsiyyətdə olur, onlara qayğı göstərib yaranan problemləri həll edirdim.

“Smart Start” təcrübə proqramı sayəsində mən Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçdim., Müxtəlif təlimlərində iştirak edib peşəkarlığımı artırdım. Bu proqram sayəsində özümə yeni dostlar tapdım. Gələcək iş həyatımı da Bakcell şirkətində görmək istəyərdim. Mənimlə birlikdə proqramda iştirak edən bütün gənclərin üzərində əməyi olan bütün Bakcell işçilərinə xüsusi təşəkkürümü bildirirəm.