Aydan Mirzəyeva

Mən Aydan Mirzəyeva, Azərbaycan Xarici Dillər Universitenin 4- cu kurs tələbəsiyəm. Bu yay Bakcell şirkətinin “Smart Start” təcrübə proqramına qoşuldum və 2 ay ərzində Bakcellin Müştəri Xidmətləri şöbəsində təcrübə keçdim. Bu proqrama qoşulmaqda məqsədim öz ixtisasımdan tam fərqli olan sahədə təcrübə keçmək idi. Bu proqramda iştirak etməyim mənə gələcəkdə hansı sahə üzrə işləmək istədiyimi anlamaq üçün çox kömək etdi. Mənim bu proqramdan gözlədiklərimin hamısı uğurla həyata keçirilib. Proqram çərçivəsində bütün iştirakçılara yüksək keyfiyyətli peşəkar təlimlər keçirildi. Bundan əlavə, təcrübə zamanı şirkət tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilirdi. Mənə bu gözəl fürsəti verdikləri üçün bu proqramın təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm.