Fon səsli zənglər

Bu əyləncəli xidmət, sizin adi telefon zənglərinizə xüsusi rəngarəng səslər qatacaq. Fon səsləri siz telefonla danışarkən birbaşa olaraq zənginizə əlavə edilir. Bu səslər müxtəlif ola bilər, misal üçün: quşların səsləri, avtomobilin siqnalizasiyası, ulağın anqırması, uşaq ağlamağı və s. Bu xidmətin sayəsində siz telefon danışıqlarınız üçün geniş çeşiddə səs məzmununu əlavə edə bilərsiniz.

Zənglərinizə səs effektlərini əlavə etmək üçün sadəcə zəng etdiyiniz nömrənin əvvəlində star2star yığın.

Xidmət haqqı

  • Gündəlik abunə haqqı – 0.06 AZN*
  • 1 dəqiqə – 0.12 AZN

Xidməti dayandırmaq üçün star2star nömrəsinə zəng edin və əsas menyuda xidməti dayandırmaq bölməsinə keçin.

*Fon səslərindən istifadə edilib-edilməməsindən asılı olmayaraq, xidmətin mövcudluğuna görə, gündəlik abunə haqqı balansdan çıxılacaq.