download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    XİDMƏTLƏR
    Bakcell mobil tətbiqi
    XİDMƏTLƏR
    Nömrənizlə bağlı bütün əməliyyatlar bir tətbiqdə!
    Daim yenilənən və təkmilləşdirilən Bakcell mobil tətbiqi abunəçilərimiz üçün rahat həllər təqdim edir. Əlinizin altındakı Bakcell mobil tətbiqi ilə balansınızdan heç bir vəsait xərcləmədən tamamilə PULSUZ faydalanacaqsınız.

      BİR TƏTBİQDƏ MÜXTƏLİF HƏLLƏR:

      ƏSAS SƏHİFƏDƏBALANS, MEQABAYTLAR, BONUSLAR

      Mövcud balansınız və digər paketlərin həcmi ilə bağlı məlumatlar, xəttinizin və tarifinizin statusu hamısı bir arada.

      BİR TOXUNUŞLATARİFİ QOŞUN YAXUD YENİLƏYİN

      Tarifiniz haqqında ətraflı məlumat almaq, onu yeniləmək, özünüzə uyğun digər tarifi aktivləşdirmək imkanı, hələ bu qədər rahat olmamışdı.

      SÜRƏTLİİNTERNET PAKETLƏRİNİ AKTİVLƏŞDİRİN YAXUD DAYANDIRIN!

      İstifadə tərzinizə uyğun ən sürətli internet paketlərini seçib qoşun yaxud digəri ilə əvəzləyin!

      eSIM ƏLDƏ EDİNPLASTİK SIM KARTDAN eSIM NÖMRƏYƏ OLDUĞUNUZ YERDƏN KEÇİN.

      Bütün bunlarla yanaşı balansın onlayn artırılması, bir neçə nömrənin idarə edilməsi, yeniliklər haqqında bildirişlərin alınması, CINKredit və KlassKredit kimi əlavə digər əməliyyatları da mobil cihazınızla asanlıqla həyata keçirəcəksiniz. Mobil tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün mövcuddur.

      icon bannerBakcell mobil tətbiqi
      Bakcell mobil tətbiqi

      Bakcell mobil tətbiqi

      Tətbiqi yükləmək üçün müvafiq keçidi seçin yaxud QR kodu oxudun.
      /media/uploads/images/Bakcell-real-QR_Y0potoD.png
      Bakcell mobil tətbiqinə necə daxil olum və OTP şifrəsini necə əldə edim?
      • İlk olaraq tətbiqi açın. Telefon nömrənizi daxil edin, sonra Davam et düyməsini seçin. Qaydalar və Şərtləri qəbul edin. SMS ilə əldə etdiyiniz OTP kodunu müvafiq xanaya daxil edin.
      Nə üçün Qaydalar və Şərtləri qəbul etməliyəm?
      • Mobil tətbiqə daxil olmaq istəyənlər üçün istifadə qaydaları müəyyən edilir. Bu, həmçinin şəxsi məlumatlarının qorunması üçün hüquqi sənəd sayılır.
      Balans haqqında ətraflı məlumatı necə əldə edə bilərəm?
      • Ana səhifədə nömrənizin və məbləğin göstərildiyi sahəyə toxunun. Açılan yeni pəncərədə balansınız haqqında məlumatı görəcəksiniz. Daha ətraflı məlumat üçün balansınıza yaxud “info” işarəsinə toxunun.
      Balansda qalan resurslar haqqında məlumatı necə yoxlamaq olar?
      • Ümumi olaraq balansınızda qalmış resursları ana səhifədə dairəvi diaqramlarda görəcəksiniz.
      İnternet paketini necə ala bilərəm?
      • Ana səhifədə aşağıda Paketlər yazısına toxunaraq müvafiq səhifəyə keçin. Özünüzə uyğun olan paketi seçin və “Aktivləşdir” düyməsini yaxud siyahıdakı “+” işarəsinə toxunaraq paketi aktivləşdirin.
      İnternet paketini necə deaktivasiya edə bilərəm?
      • Ana səhifədə dairəvi diaqrama toxunun, sonra deaktivasiya etmək istədiyiniz paketin üç nöqtə təsvirinə toxunun. “Deaktiv et” düyməsinə toxunun və təsdiqləyin.
      • İdarəetmə panelinə keçin və hesab kartını seçin. Burada “Qoşulmalarım” seçin və deaktivasiya etmək istədiyiniz paketin üç nöqtə təsvirinə toxunun. “Deaktiv et” düyməsinə toxunun və təsdiqləyin.
      Hansı internet paketi mənə uyğundur?
      • Bakcell geniş çeşiddə ən sürətli internet paketləri təqdim edir. Smartfon, planşet və ya kompüterdə istifadə etmək üçün özünüzə uyğun internet paketi seçin və ən sürətli mobil şəbəkənin üstünlüklərindən yararlanın.