Bakcell INQUTU – bir toxunuşla ünsiyyət

Bakcell InQutu – bütün onlayn ünsiyyət kanallarınızı bir yerə cəmləmək, dostlarınız və həmkarlarınızla istədiyiniz vaxt, istədiyiniz mobil cihazdan bir interfeysdən istifadə edərək yazışmaq üçün mükəmməl vasitədir.

InQutu üstünlükləri

Bakcell InQutu–ya qoşularaq, gündəlik istifadə etdiyiniz elektron poçt, sosial şəbəkələr və digər proqramlardan yararlanmaq üçün kompüter, müxtəlif xidmətlər və tətbiqlərə daha ehtiyac qalmayacaq.

Siz, Facebook, Twitter və LinkedIn də daxil olmaqla sosial şəbəkələrdəki hesablarınızı əlavə edə və bu sosial şəbəkələrdə paylaşımlara baxa, şərh yaza, status, şəkillər və mühüm hadisələrinizi yeniləyə bilərsiniz.

InQutu ilə bütün elektron poçt ünvanlarınız artıq bir yerdədir. Bütün elektron poçt hesablarınızı (şəxsi və iş) əlavə edə, yeni elektron poçt haqqında SMS-lə xəbərdarlıq ala və həmçinin istənilən növ qoşmanı qəbul edə və ya göndərə bilərsiniz.

Yeni kontaktlar və təqvimə yeni tədbirlər əlavə edin, qəbul olan mesajlar və ya mühüm görüşlər haqqında SMS məlumatlar və xəbərdarlıqlar alın.

InQutu ilə mühüm məlumatları Google ilə sinxronlaşdıra və daha artığını edə bilərsiniz. Bunların hamısı yalniz bir mobil cihazda!

Bakcell InQutu haqqında:

Qeydiyyat haqqı 0,06 AZN /gün.
Elektron poçt əlavə etmək Maksimum 5 müxtəlif elektron poçt ünvan
Elektron poçt göndərmək\qəbul etmək İstənilən elektron poçt hesabından\hesabına
Mövcud elektron poçt həcmi 1 GB
Sosial şəbəkələr Facebook, Twitter, LinkedIn
Dəstəklənən sosial şəbəkə xidmətləri Bəyən, şərh yaz, paylaş, status yeniləmə, mesaj yazma və qəbul etmə, xəbərlərə baxma və s.
Xəbərdarlıq növü SMS/WAP Push
Şəxsi təqvim Bəli
Kontaktların və təqvimin sinxronizasiyası Bəli

Bakcell InQutu xidmətinin aktivləşdirilməsi

Bakcell InQutu-dan istifadəyə başlamaq üçün sadəcə F yazıb 6655 nömrəsinə SMS göndərin. Siz daha sonra SMS ilə şifrənizi alaraq bütün xidmət xüsusiyyətlərindən istifadə etmək imkanı qazanacaqsınız.

Bakcell InQutu heç bir yükləmə tələb etmədən İnternetə çıxışı olan bütün mobil cihazlarda istifadə edilə bilər.

INQUTU – bir kliklə ünsiyyət