Bakcell Tax Free4U

Avropada alış-veriş zamanı ödənilmiş ƏDV-lərin qaytarılmasının ən sadə yolu.

Bakcell TaxFree 4U istənilən 6 Avropa İttifaqı ölkəsində (Böyük Britaniya, Almaniya, Fransa, Finlandiya, İtaliya, İspaniya) alış-veriş edilən zaman həyata keçirilmiş ödənişlərin, növbəsiz, heç bir bəyannamə doldurmadan, 19%-ə qədər ƏDV-ni geri almağa imkan verir.

ƏDV-ni necə geri almaq olar:

1. Aplikasiyanı yükləyib, sistemdə qeydiyyatdan keçin

Qeydiyyatdan keçmək üçün TAXFREE4U yazıb SMS ilə 5678 qısa nömrəsinə mesaj göndərin yaxud Bakcell TaxFree 4U mobil aplikasiyasını AppStore və ya GooglePlay vasitəsi ilə yükləyin və qeydiyyatdan keçin.

2. Səfərinizi qeyd edin

  • Səfəriniz haqqında məlumatı əlavə edin.

3. Çekləri yükləyin

  • Çeklərin şəkillərini çəkin və rəqəmləri aydın görünən şəkilləri mobil aplikasiya vasitəsi ilə öz TaxFree 4U hesabınıza yükləyin.

4. ƏDV bəyannamənizi qəbul edib çap edin.

  • Biz sizin ƏDV bəyannamənizin hazır olması haqqında sizə məlumat verəcəyik.

5. ƏDV bəyannamənizi möhürlətdirib bizim əməliyyat mərkəzinə göndərin.

  • Bəyannamənizi gömrükxanada çap edib gömrük zabitinə təqdim edin və möhürlə təsdiqlətdirin. Vətənə qayıtdıqdan sonra həmin bəyannaməni bizə göndərin.

6. Pulunuzu geri alın

  • Alış-verişlər üçün ödədiyiniz ƏDV-ləri Sizin bank kartınızın hesabına geri qaytaracağıq.

Əsas üstünlüklər

  • Qeyd edilmiş Avropa ölkəsində ƏDV ödəyən istənilən dükandan ödədiyiniz ƏDV məbləğini geri ala bilərsiniz, halbuki klassik xidmətlər yalnız partnyor mağazalar şəbəkələrində edilən alış-verişlərə görə ƏDV-ləri geri qaytarmağa imkan verir;
  • Prosesin avtomatlaşdırılması, yəni siz heç bir bəyannamə doldurmursunuz, sizin əvəzinə bunu mütəxəssislər edəcək;
  • Geri qaytarılan məbləğlər üzrə sərfəli şərtlər;
  • Geri qaytarılan məbləğin çevikliyi – bəyannamələrin əslini aldıqdan sonra 84 saata qədər pulunuzu geri alın.
  • Aplikasiya pulsuzdur və üç dildə (Azərbaycan, ingilis, rus) bütün Bakcell abunəçilərinin istifadəsi üçündür.

Aplikasiya ilə bağlı suallarınız yaranarsa

  • İnternet bonusların balansa yüklənməsilə bağlı suallarınız yaranarsa 555 qısa nömrəsinə zəng edərək müraciət edə bilərsiniz.
  • Bakcell Tax Free4U aplikasiyasının istifadəsi və ya ƏDV-nin qaytarılması ilə bağlı suallarınızı support@taxfree4u.eu yaxud Skype: taxrfee4u ünvanına göndərə bilərsiniz.
  • Səfərdə zamanı suallarınız yaranarsa, aşağıda göstərilən nömrələrə zəng edin:

İngiltərə: +44 203 51 47771

Fransa: +33 184 887106

İtaliya: +39 064 5226909

Finlandiya: +35 894 2451016