Bakcell-dən pulsuz Wi-Fi
Bakı və Sumqayıt şəhərləri ilə yanaşı artıq Şuşada.
Bakcell şirkətinin təklif etdiyi pulsuz Wi-Fi xidmətindən bütün Bakcell abunəçiləri, MND abunəçiləri və ölkəyə səfər etmiş xarici nömrəsi ilə Bakcell şəbəkəsindən istifadə edən qonaqlar da faydalana bilərlər. Wi-Fi xidmətindən istifadə etməyə başlamaq üçün sizdən başqa heç nə tələb olunmur. Bakcell şirkətinin pulsuz Wi-Fi xidmətindən bir çox yerdə istifadə etmək mümkündür.
Şərtlər
- Xidmətdən istifadə etmək üçün siz cihazınızın Wi-Fi menyusunda Bakcell_Free_Wi-Fi bağlantı nöqtəsinin adını seçib şəbəkəyə qoşulun.
- Qeydiyyatdan keçmədən www.bakcell.com, mnd.bakcell.com İnternet səhifələrindən faydalana bilərsiz.
- İnternet Wi-Fi səhifəsində qeydiyyatdan keçdikdən sonra siz 1 SAATLIQ İnternetə pulsuz çıxış əldə edəcəksiz. 1 saat bitdikdən sonra Wi-Fi şəbəkəsi ilə bağlantınız kəsiləcəkdir. İnternet bağlantısını bərpa etmək üçün siz yenidən qeydiyyatdan keçməlisiz.
- Şifrələr gün ərzində təkrar istifadə oluna bilər.
- İnternet bağlantısının sürəti 2 Mbps təşkil edir.
- Böyüklər üçün kontentlərin (+18) olduğu web-səhifələr bloklandığına görə Bakcell Wi-Fi şəbəkəsi uşaqların istifadəsi üçün təhlükəsizdir.
Bakcell Wi-Fi şəbəkəsinə qoşulmaq üçün:
- Cihazınızın Wi-Fi menyusunda Bakcell_Free_WiFi bağlantı nöqtəsinə qoşulun.
- İnternet brauzeri açın.
- Telefon nömrənizi 994XXXXXXXXX formatında daxil edin, “ŞİFRƏNİ ƏLDƏ ET” düyməsini sıxın və şifrəni SMS ilə alın.
- SMS məlumatla aldığınız şifrəni “SİZİN ŞİFRƏNİZ” sahəsinə daxil edib “DAXİL OL” düyməsini sıxın.
- Siz Bakcell-dən 1 saatlıq pulsuz Wi-Fi çıxışı alacaqsınız. Bu müddət bitdikdən sonra siz internet səhifələrinə baxmağı davam etdirmək istəyirsinizsə, yenidən qeydiyyatdan keçin.
- Sizin şifrəniz gün ərzində etibarlıdır.
Bakcell Wi-Fi şəbəkəsinin əhatə dairəsi
- Şuşa şəhəri - Cıdır düzü
- Şuşa şəhəri - Qarabağ hoteli
- Şuşa şəhəri - Şuşa TV stansiyası
- Nizami Müştəri Xidmətləri Mərkəzi (Şıxəli Qurbanov küç. 7A)
- Elmlər Akademiyası Müştəri Xidmətləri Mərkəzi (H.Cavid pr. 147)
- Sumqayit Müştəri Xidmətləri Mərkəzi (Sülh küç. 34)
- Sahil Müştəri Xidmətləri Mərkəzi (Ü.Hacıbəyov küç. 48)
- 20 Yanvar Müştəri Xidmətləri Mərkəzi (A.Məhərrəmov küç. 68)
- Neftçilər Müştəri Xidmətləri Mərkəzi (Qara Qarayev pr. 70 b)
- Əhmədli Müştəri Xidmətləri Mərkəzi (Sarayevo küç. 2322, ev 1 "E")
- Memar Əcəmi Müştəri Xidmətləri Mərkəzi (Cavadxan küç. 3005)
* Bakcell ölkənin ən sürətli mobil şəbəkəsi kimi tanınıb. Ookla®nın yanvar-iyun 2022-də keçirdiyi Speedtest Inteligience® sınaqlarına əsasən. Ookla® ticarət markası lisenziya ilə istifadə olunur və icazə ilə yayılır.