Megogo ilə pulsuz film keyfi

Bakcell və Megogo yeni onlayn video xidmətini təqdim edir. Minlərlə lisenziyalı film, cizgi filmi, seriallar və müxtəlif videolar yüksək keyfiyyətdə xidmətinizdədir. Üstəlik azərbaycanca dublyaj edilmiş yüzlərlə film həmişə əlinizin altındadır.

Xidmətdən istifadə

  • Mobil nömrə ilə https://megogo.net/ səhifəsində yaxud Megogo mobil aplikasiyada (Andorid və iOS) qeydiyyatan keçin.
  • Sonra SMS ilə qeydiyyatı təsdiq edən bildiriş gələcək.
  • Hər bir abunəçi bir giriş imkanı ilə eyni anda 5 cihazda (smartfon, planşet, SmartTV televizoru, noutbuk yaxud kompyuter) Megogo seyr edə bilər.
  • Megogo xidməti, Bakcell abunəçisinin tarifindən asılı olaraq, 6 yaxud 12 ay ərzində PULSUZ təqdim edilir.
  • Bakcell abunəçisinin nömrəsi həmişə aktiv olmalıdır və istifadə etdiyi cari tarifin abunəsi vaxtında ödənilməlidir.

Qeyd

  • Bu xidmətdən bütün CIN, Klass, Business individual abunəçilər faydalana bilər.
  • Megogo ilə filmlərin seyri üçün stabil İnternet rabitəsi (mobil və ya digər standart) olmalıdır.
  • Pulsuz müddət bitdikdən sonra, abunəçilər Megogo üçün aylıq 3AZN ödəməklə xidmətdən istifadəni davam etdirə bilərlər.
  • Pulsuz xidmət yalnız aylıq abunəyə şamil edilir. Filmlərin seyr edilməsi üçün sərf edilən trafik mövcud İnternet paketdən tutulacaq. İnternet paket olmasa, xidmət haqqı balansınızda olan vəsaitdən tarifinizə uyğun olaraq çıxılacaq.
  • Xidmətin deaktivasiyası üçün - *443*0#YES.
  • Xidmətin təkrar aktivləşdirilməsi üçün - *443*1#YES.