Qonaq ol

Bu xidmətdə edilən texniki dəyişikliyə görə, sorğunun göndərilməsində hash düyməsi ləğv edilir

Bakcell, yeni “Qonaq ol” xidmətini təqdim edir. İndi Siz, balansınız hətta sıfır olsa belə, zəng edə bilərsiniz və bu zəng, zəng etdiyiniz abunəçi tərəfindən ödəniləcək.

Digər abunəçinin hesabına zəng edirsinizsə

  • Digər abunəçinin hesabına zəng etmək üçün telefonunuzda star151star zəng edilən abunəçinin 10 rəqəmli Bakcell nömrəsi, call yığın.

Əgər digər abunəçinin zəngini öz hesabınıza qəbul edirsinizsə

Sizin hesabınıza edilən zəngi qəbul etməkdən öncə, həmin abunəçinin Sizin hesabınıza zəng etmək istəyi barədə xəbərdarlıq alacaqsınız və bu zəngi qəbul edib – etməməyiniz barədə özünüz qərar qəbul edəcəksiniz.

  • Səsli xəbərdarlıqdan sonra öz hesabınıza zəngi qəbul etmək üçün 1 düyməsini seçin
  • Zəngi rədd etmək üçün 2 düyməsini seçin

Əgər Siz, digər abunəçinin zəngini öz hesabınıza qəbul edirsinizsə, bu zəngin dəqiqəsi 0.06 AZN qiyməti ilə hesablanacaq. Bu xidmət vasitəsi ilə edilən zəng zamanı, CIN abünəçilərə məxsus bütün bonus və güzəştli kampaniya və xidmətlər (“Sevimli nömrə”, QoşaCIN və s.) dayandırılır.