Səfərdən əvvəl

Xarici səfərlərdə mobil nömrənizdən istifadə etmək istəyirsinizsə rouminq xidməti aktiv olmalıdır. Bakcell-də rouminq xidməti bütün CIN və KLASS abunəçiləri üçün avtomatik aktivləşir. Eyni zamanda, abunəçilər özləri rouminq xidmətini deaktivasiya edə, təkrar aktivləşdirə və xidmətin qoşulub-qoşulmamasını öyrənə bilərlər:

  • Aktivləşdirmək star121hash1hashcall
  • Deaktivasiya star121hash0hashcall
  • Rouminq xidmətinin vəziyyəti star121hash3hashcall

Qaydalar

  • Bakcell-in xarici ölkələrdəki tərəfdaşlarının şəbəkəsinə qoşulmaqla siz rahatlıqla zəngləşə, SMS alıb-göndərə və İnternetdən istifadə edə bilərsiniz.
  • Rouminq xidmətinin qoşulması və deaktivasiyası pulsuzdur, aylıq xidmət haqqı yoxdur.
  • Bu xidmət CIN, Klass və Business (korporativ nömrələr istisna olmaqla) tariflərində keçərlidir.

Tövsiyələr

  • Xaricə səfərə getməkdən əvvəl balansınızı optimal məbləğdə artırmağı tövsiyə edirik. Belə ki, rouminqdə olan rabitə qiymətləri yerli qiymətlərdən fərqlənir və xaricdən balansı artırmaq imkanları nisbətən məhduddur.
  • Xarici ölkələrdəki mobil rabitənin ümumi qiymətləri tanış olmaq üçün: Qiymətlər və ölkələr.
  • Xaricdə rouminqdən fəal istifadə etmək istəyirsinizsə xərclərinizə qənaət etmək üçün Endirimlər və xüsusi təkliflər səhifəsində xüsusi xidmətlərlə tanış olun.
  • Xaricdən balansı artırmağın üsulları ilə tanış olmaq üçün Balansın artırılması səhifəsinə daxil olun.
  • Rouminqdə zənglərin tarifikasiya ilk saniyədən başlayaraq dəqiqə etibarı ilə həyata keçirilir və əgər saniyələr dəqiqəni keçərsə qiymət daha böyük rəqəmə tərəf tamamlanır. Məsələn, əgər danışıq 1 dəqiqə 10 saniyə davam edibsə, bu zaman zəng 2 dəqiqəyə qədər tamamlanacaq. Zəngin qoşulması üçün heç bir xidmət haqqı tutulmur. GPRS/EDGE/3G üçün tarifikasiya intervalı 40 kilobayt təşkil edir.
  • Telefonunuzda şəbəkənin təyin edilməsi avtomatik rejimdədirsə və rouminq xidməti aktivləşdirilbsə, mümkündür ki, Azərbaycanın sərhədyanı ərazilərində nömrəniz qonşu ölkənin mobil operatorunun rouminq şəbəkəsinə qoşulsun. Bu halda telefonunuzun ekranında qoşulduğunuz rouminq operatorunun adı təsvir ediləcək və bütün mobil rabitə xidmətləri rouminq tarifləri ilə hesablanacaq. Azərbaycan relyefini və radio dalğaların yayılması özəlliyini nəzərə alaraq Azərbaycanın sərhədyanı ərazilərində şəbəkə seçimini özünüz təyin edin və Bakcell şəbəkəsini seçin. Ayarlar haqqında məlumat telefonunuzun təlimatlarında yerləşir və telefonun ayarları barədə məsuliyyət istifadəçinin üzərindədir.