Zəngi gözlətmə/Zəngi xətdə saxlama
Zəngi gözlətmə xidməti telefonla danışdığınız zaman Sizə daxil olan digər zəng haqqında məlumat verir.
Siz seçə bilərsiniz:
-
Cari zəngi yekunlaşdırmaq və ikinci zəngə cavab vermək
-
Birinci abunəçini xətdə saxlayaraq, ikinci abunəçiyə cavab vermək və sonra birinci zəngə qayıtmaq
-
İkinci zəngə cavab vermək və hər iki abunəçi ilə növbə ilə danışmaq
-
İkinci zəngi qəbul etməmək
Zəngi gözlətmə xidmətini aktivləşdirmək üçün *43# yığın.
Xidməti dayandırmaq üçün #43# yığın.