Kartın yüklənməsi

Bakcell-in vahid ödəmə kartları

Artıq Bakcell-in bütün CIN, Klass və Business abunəçiləri vahid ödəmə kartlarından istifadə edərək balanslarını artıra biləcəklər.

Ölkə ərazisində əksər satış nöqtələrindən əldə oluna biləcək vahid ödəmə kartları müxtəlif dəyərlərdə və etibarlıq müddətindədir:

Ödəmə kartının nominal qiyməti Etibarlılıq müddəti (yükləndiyi gündən etibarən)
1 AZN 5 gün
2 AZN 20 gün
3 AZN* 30 gün
5 AZN 45 gün
10 AZN 90 gün
20 AZN 150 gün
50 AZN 150 gün

Vahid ödəmə kartı ilə balansın artırılması

  • Qaydalarda heç bir dəyişiklik yoxdur. Kartın üzərindəki şifrə panelini silin, star101hash , sonra 15 rəqəmli şifrəni daxil edin və hashcall düyməsini yığın. Balansınızın artırılması təsdiq olunacaq.
  • Siz həmçinin, mobil telefonunuzdan 177 nömrəsinə zəng edib səsli təlimatlara riayət edərək balansınızı artıra bilərsiniz. Pul yükləndikdən sonra Siz təsdiq cavabı eşidəcəksiniz. 177 nömrəsinə zəng pulsuzdur.

Balansınızı yoxlayın

Balansınızı yoxlamaq üçün mobil telefonunuzdan star100hashcall yığın və ya 178 nömrəsinə zəng edin. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul olan zaman Siz zəng edə və zəngləri qəbul edə bilərsiniz. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul qurtaran zaman Siz zəng edə bilməyəcəksiniz.

Yüklənən balansın etibarlılıq müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə birtərəfli bağlanır.

Mobil nömrələrin istifadə müddəti

Öncədən ödəniş sistemində olan mobil nömrələrdə:

  1. Nömrəyə edilmiş ödənişin son istifadə tarixi bitdikdə mobil nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır.
  2. Nömrə birtərəfli bağlanandan sonra 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrədən həm çıxan, həmçinin daxil olan zənglər ikitərəfli qaydada dayandırılır.
  3. Nömrə ikitərəfli bağlanandan sonra 150 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktiv etmək mümkündür. 150 gün ərzində heç bir ödəniş həyata keçirilməsə bu müddət bitən kimi nömrə ləğv edilir və balansda olan məbləğ silinir. Daha sonra nömrə bərpa edilsə belə, nömrədə məbləğ bərpa edilmir.

Fakturalı xəttə aid mobil nömrələrdə:

  1. Nömrədə tətbiq edilən istifadə limiti müvafiq həddə çatdıqda, nömrədən çıxan zənglər birtərəfli qaydada bağlanır. İstifadə limiti - abunəçinin mobil nömrəsinə yükləmiş pul və nömrəyə təyin edilmiş limitin cəminə bərabərdir. Nömrənin balansını artırmaqla nömrənin aktivləşdirmək mümkündür.
  2. Yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu abunəçinin ötən ay üçün etdiyi danışıqlar və cari ay üçün olan aylıq abunə haqqından ibarətdir.
  3. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır.
  4. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılacaq və nömrə ikitərəfli qaydada bağlanacaq.
  5. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir.