download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yükləyin!

Backcell
Backcell
XİDMƏTLƏR
Hamısı sizin rahatlığınız üçün
XİDMƏTLƏR
CINKredit xidməti ilə daha çox ünsiyyətdə olun!

Siz 5 dəfəyə qədər CINKredit əldə edə bilərsiniz.

CINKredit aktivləşdirilməsi

CINKredit aktivləşdirilməsi

Sadəcə * 1 5 0 # yığın və 1 ₼-lıq CINKredit kredit əldə edin!
Birinci CINKreditiniz bitdi? İkincisini alın!
Kreditin yoxlanılması

Kreditin yoxlanılması

Borc statusunuzu yoxlamaq üçün * 1 5 0 * 1 # yığın.
Kreditlərin alınması nömrənizin aktivlik statusunu uzatmır. Nömrəniz qeyri-aktiv olduqda, aldığınız kreditlərdən yalnız nömrənizi aktivləşdirdikdən sonra istifadə edə bilərsiniz.
Kreditin alınma qaydası
Kreditə balansı artırmaq üçün nömrəniz aktiv rejimdə olmalıdır. Nömrəniz şərtlərə cavab vermirsə, siz yeni kredit ala bilməyəcəksiniz.
ən azı 90 gündən 2 ilə qədər nömrəsi aktiv olan Bakcell abunəçisi
2 CINKrediti ala bilər
son 2 kredit ödənməsə, yeni kredit verilmir
2 ildən 5 ilə qədər nömrəsi aktiv olan Bakcell abunəçisi
3 dəfə CINKrediti ala bilər
son 3 kredit ödənməsə, yeni kredit verilmir
5 il və daha çox müddətdə nömrəsi aktiv olan Bakcell abunəçisi
5 dəfə CINKrediti ala bilər
son 5 kredit ödənməsə, yeni kredit verilmir
Qaydalar
Kreditin ödənişi
  • Kreditlərin məbləği ilk pul köçürməsi və ya yükləməsi zamanı balansınızdan silinəcək (birinci kreditin məbləği, ikinci kreditin vasitəsi ilə ödənilə bilməz).
  • Kreditin və ya ardıcıllıqla götürülən iki kreditin tam qaytarılması üçün balansınızda kifayət qədər vəsait yoxdursa, kreditin qalan hissəsi növbəti pul yükləməsi və ya köçürməsi zamanı silinəcək.
  • Siz birinci krediti ödəmədən ikinci krediti ala bilərsiniz, lakin üçüncü kreditin alınması üçün əvvəlki kreditlərdən heç olmazsa biri ödənilməlidir.
  • 20 gün müddət ərzində kredit borcunuz ödənilməsə sizin nömrəniz avtomatik olaraq xüsusi siyahıya əlavə ediləcək. Xüsusi siyahıya daxil olmuş nömrə ikinci krediti ala bilmir. Kredit borcu ödəniləndən sonra abunəçi kredit ala biləcək.
Xidmət haqqı

CINKredit xidmətinin qiyməti - 0.20₼

*150# vasitəsilə nömrə üçün USSD - sorğusunun sifariş haqqı - 0.08₼

*150*1# vasitəsilə borc statusunun yoxlanılması - 0.08₼

Bütün qiymətlərə ƏDV daxildir.

Təcili kredit
CINKredit götürə bilmirsiniz? Elə isə “Təcili kredit” ilə ünsiyyəti davam etdirin! Sadəcə *150*01# yığın və 1 AZN-lik “Təcili kredit” əldə edin.
"Təcili kredit" xidmətinin qiyməti - 0.40 ₼
*150*01# vasitəsilə USSD - sorğusunun sifariş haqqı - 0.08 ₼
*150*1# vasitəsilə borc statusunun yoxlanılması - 0.08 ₼
Təcili kredit haqda ətraflı
Ətraflı
  • “Təcili kredit” əldə etmək üçün nömrəniz aktiv rejimdə olmalıdır;
  • “Təcili kredit” əvvəlki kredit borclarını ödəmir və nömrənin aktivlik statusunu uzatmır. Nömrə qeyri-aktiv olduqda, alınan kreditdən yalnız nömrə aktivləşdirdikdən sonra istifadə edilə bilər;
  • Kreditərin məbləği ilk pul köçürməsi və ya yükləməsi zamanı balansınızdan silinəcək;
  • 20 gün müddət ərzində kredit borcu ödənilməsə, nömrə avtomatik olaraq xüsusi siyahıya əlavə ediləcək. Xüsusi siyahıya daxil olmuş nömrə heç bir krediti əldə edə bilmir. Kredit borcu ödəniləndən sonra abunəçi kredit ala biləcək.

eSIM

Yeni nəsil SIM texnologiyası
Ətraflı
eSIM