Şirkət

Azərbaycanın ilk və sürətlə inkişaf edən mobil şəbəkəsi

Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilmişdir. Bakcell Azərbaycanda ilk mobil rabitə xidməti göstərən şirkətdir.

Azərbaycanda ilk iri sərmayəçilərdən biri olaraq, Bakcell şirkəti indi də qabaqcıl texnoloji avadanlıqların tətbiqi və müştərilərimizə xidmət göstərən işçi heyəti vasitəsilə iqtisadiyyata sərmayə yatırmağa davam edir. Bununla da şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir.

2003-cü ilin Dekabrında şirkətin özəlləşmə prosesi uğurla başa çatmışdır. Nəticədə, 2004-cü ilin yanvar ayından başlayaraq, Bakcell 100% şəxsi kapitala malik (olan) bir şirkət kimi fəaliyyət göstərir.

Gələcəyə baxış

Azərbaycanın ən innovativ telekommunikasiya provayderi olaraq, ölkənin aparıcı müştəriyönümlü şirkət olmaqdır.

Missiyamız

Telekommunikasiya xidmətlərindən istifadə etmək üçün biz sadə və asan həllər ilə yanaşı, üstün şəbəkəmizin mövcud olduğu hər yerdə rəqəmsal texnologiyalar sahəsində ən yaxşı müştəri ilə çalışma təcrübəsini təqdim edirik.

Bakcell dəyərləri:

Biz etibarlıyıq — Etimad və keyfiyyət bizim üçün həyati əhəmiyyət daşıyır. Buna görə biz fəaliyyətmizdə fərqlilik, dürüstlük və vəzifələrimizi tanımağı rəhbər tuturuq. Biz heç zaman və heç bir halda təslim olmuruq. Verdiyimiz vədləri yerinə yetirmək üçün səylə çalışırıq və hər zaman, hər yerdə işlərimizi vaxtlı-vaxtında həyata keçiririk. Biz şüurlu sürətdə bu kəşməkəşli yolu seçmişik və heç bir halda geriyə addım atmayacağıq. Məhz bu keyfiyyətlərimiz bizə milyonların sevgisini və etibarını qazandırdı.

Biz həqiqiyik — Biz, elə özümüz kimiyik – ictimaiyyətə açıq, mehriban, səmimi və insanlara daha yaxınıq. Daim irəliyə hərəkət edirik və hər zaman müştərilərimizə, missiyamıza və özümüzə sadiqik.

Biz qayğıkeşik — Hər zaman müştərilərin qeydinə qalmaq bizim fəaliyyətin mahiyyətini təşkil edir. Biz bir-birimizi dəstəkləyirik və diqqətliyik. Mehribanlığımız və müştərilərin qayğılarına qarşı həssaslığımız bizi qəlbigeniş şirkət edir.

Biz yenilikçiyik — Oturuşmuş çərçivələrdən kənara çıxmaq bizim kredomuzdur. Yenilikçilik bizim qanımızdadır. İnnovativ keyfiyyətlər bizim hər bir fikrimizdə, yaratdığımız hər bir məhsulda, atdığımız hər bir addımımızda öz əksini tapır.

Biz cəsarətliyik — Mərdliyimiz, gücümüzə inam və məqsədyönlüyümüz ən çətin sınaqları keçməyə kömək edir. Status-kvo ilə razılaşmamaq və risk etməkdən çəkinməmək, qarşıdakı məqsədlərə çatmaq üçün cəsur addımlar atmaq - əsl bizim qayəmizdir. Məhz bu xüsusiyyətlər bizi vüqarlı edir.

Müştərilər üçün şəffaf seçim

Biz mobil əlaqə xidmətlərini hər kəs üçün əlverişli və rahat etmək və bir sıra şəxsi və işgüzar tələbləri ödəmək üçün qiymət planları hazırladıq.

Bakcell Sizə üç tarif planı təqdim edir:

  • 6 mart 1994-cü il – Ölkədə mobil rabitə xidmətləri göstərən ilk şirkət, Bakcell yarandı.
  • 1994-cü il - Bakcell Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başladı.
  • Dekabr 1998-ci il - Bakcell qabaqcıl GSM telekommunikasiya texnologiyasını tətbiq edərək, müştərilərini dünya standartlarına cavab verən mobil rabitə ilə təmin etməyə başladı.
  • İyun 1999-cu il – Rouminq xidməti abunəçilərin istifadəsinə təqdim edildi.
  • Dekabr 2003-cü il – Şirkətin özəlləşdirilməsi prosesi uğurla başa çatdı.
  • Yanvar 2007-ci il – Billinq/CRM həlləri üçün 8.755.000 avro məbləğində investisiya yatırıldı.
  • Sentyabr 2009-cu il – İnternet rouminq xidməti xaricə səfər edən yerli abunəçilər və Azərbaycana gələn qonaqların istifadəsinə təqdim edildi.
  • 2009-cu il – Mobil şəbəkənin təkmilləşdirilməsinə 21.880.234 avro vəsait yatırıldı. Əsas təchizatçı kimi Nokia Siemens Networks şirkəti iştirak etdi.
  • 2010-cu il – Öncədən ödənişli tariflərdə olan abunəçilər üçün tam əhatəli rouminq xidmətləri (səs, mobil data və SMS) təqdim edilməyə başlandı.
  • 2009-cu il – Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədilə “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramına start verildi.
  • 2010-cu il – Xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək məqsədilə UAFA ilə tərəfdaşlıq müqaviləsi imzalandı.
  • May 2011-ci il – Konturdan manat ödəniş sisteminə keçid müvəffəqiyyətlə başa çatdı.
  • Noyabr 2011-ci il - 3G texnologiyası əsasında xidmətlər təqdim edildi.
  • Dekabr 2012-ci il – Naxçıvan Muxtar Respublikası ərazisində 3G texnologiyası əsasında xidmətlər təqdim etmək üçün lisenziya alındı.
  • Dekabr 2012-ci il – Mançester Yunayted futbol klubu ilə tərəfdaşlıq müqaviləsi imzalandı.
  • May 2013-cü il - IMEI qeydiyyat sistemi istifadəyə verildi.
  • 2013-cü il – Şirkətin 3G şəbəkəsi Bakı Metropoliteni ərazisinin 80%-ını əhatə edildi.
  • 2013-cü il - Bakcell abunəçilərinin sayı 3,000,000 oldu.
  • Dekabr 2013-cü il – Şirkət milli komandaya dəstək olmaq məqsədilə AFFA ilə tərəfdaşlıq müqaviləsi imzaladı.
  • 2014-cü il – Bakıda Mançester Yunayted Futbol Məktəbinin açılışı oldu.
  • 2014-cü il - Bakcell “İnkişaf Naminə İdman” ictimai birliyi ilə tərəfdaşlıq çərçivəsində “TOPs Proqramı – Sağirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ layihəsinə start verildi.
  • 2014-cü il – Şirkət Mobil Nömrə Daşınması sisteminə qoşularaq abunəçilərin öz şəbəkəsinə cəlb edilməsi üzrə liderə çevrildi.
  • 5 may 2015-ci il – Azərbaycanda ilk dəfə olaraq 4G LTE texnologiyası əsasında kommersiya xidmətləri təqdim edildi.
  • Noyabr 2015-ci il - Vodafone ilə əməkdaşlıq sayəsində Azərbaycanda ən sərfəli (1 MB- 0.01 AZN) rouminq internet paketi istifadəyə təqdim edildi. Hazırda bu internet paketindən dünyanın 28 ölkəsində faydalanmaq mümkündür.

  • Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
  • 3G şəbəkəsinin əhatə dairəsi: əhalinin 93%-i.
  • “Bakcell”-in aktiv abunəçilərinin sayı 3,1 milyon nəfər təşkil edir.
  • 40 milyon AZN məbləğində istiqraz buraxıb.
  • 1,000,000 nəfərdən çox abunəçi müntəzəm olaraq şirkətin 3G şəbəkəsindən istifadə edir.
  • 3G şəbəkəsi ölkənin bütün şəhərlərində mövcuddur.
  • 240-dan çox Wi-Fi nöqtəsi

  • 2009 - Caspian Energy Award: İlin telekommunikasiya şirkəti
  • 2010 - Azeri Business Award: “Texnologiya üzrə ilin lideri” və “KSM üzrə ilin lideri”
  • 2010 – Uğur Mükafatı: “Ən tez inkişaf edən şirkət”
  • 2012 – Ən yaxşı televiziya reklamı mükafatı: McCann tərəfindən hazırlanmış “Ulduzlar xidmətinizdə” adlı reklama görə
  • 2012 – “Asiyanın ən Uğurlu İşəgötürən Brendi” nominasiyasında ”Asiyanın ən uğurlu işəgötürən şirkəti”
  • 2012 - “Bakı Kristal Zalı”nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə görə, “GTB İnnovasiya Mükafatı 2012” ilə təltif edilib
  • 2012 - Media mükafatı: “Ən aktiv sponsor”
  • 2015 - Bakcell şəbəkəsi 2015-ci ilin “Ən Yaxşı Mobil Şəbəkəsi” adına layiq görülüb və “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli Mükafatı ilə təltif olunub.
  • 2015 - Bakcell Ulduzum “Telecoms World Middle East Awards 2015” mükafatının təqdimetmə mərasimində “Telecoms World” təşkilatı tərəfindən “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb.
  • 2016 - Bakcell şirkəti “Ookla” şirkətinin “Speedtest Award” mükafatını alaraq Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb.
  • 2017 - Bakcell “P3 Communications” şirkətinin sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə sertifikatına layiq görülüb.
  • 2018 - “Ookla” şirkətinin 2018-ci ilin 1-ci və 2-cü rüblərində keçirdiyi sınaqlara əsasən, Bakcell şirkəti “Speedtest Award” mükafatını qazanıb və Azərbaycanın ən sürətli mobil şəbəkəsi seçilib.