Konfrans Zəng
Eyni anda 5 nəfərə qədər iştirakçı ilə telefon konfransı təşkil edin. Konfrans zəng xidmətini aktivləşdirmək üçün sadəcə Bakcell Məlumat Mərkəzinə zəng edin və ya telefonun təlimat kitabçasına müraciət edin.
Konfrans zəng etmək üçün
-
Telefonla danışdığınız zaman, zəngi xətdə saxlayın və digər abunəçiyə zəng edin. Daha sonra ikincini xətdə saxlayaraq üçüncü ilə əlaqə yarada bilərsiniz və s
- Telefonunuzun menyusundan istifadə edərək zəng edənlərlə eyni vaxtda danışmaq üçün konfrans zəng funksiyasını seçin
Hər şəxsə zəng cari qiymətə əsasən hesablanır və zəng edənin hesabından silinir.