Əhatə dairəsi

Ölkədaxili şəbəkə

Abunəçilərinə ən müasir və keyfiyyətli şəbəkə xidmətləri təqdim etmək üçün öz şəbəkəsinin inkişafına mühüm sərmayə yatıran Bakcell hazırda əhalinin 99%-i və ölkə ərazisinin 92%-dən çoxunu (işğal olunmuş ərazilər istisna olunmaqla) əhatə edir. Yüksəksürətli İnternet xidməti göstərmək üçün Bakcell 3G – üçüncü nəsil texnologiyası üzərində müasir şəbəkəyə malikdir. 2015-ci ildə Azərbaycanda ilk dəfə olaraq Bakcell 4G LTE texnologiyası əsasında kommersiya xidmətlərini təqdim etdi. Əhatə dairəsini genişləndirmək və müştərilərə göstərilən xidməti daim yaxşılaşdırmaq üçün Bakcell öz şəbəkəsinə sərmayələrin qoyulmasını davam etdirəcək.

Yuxarıda göstərilən xəritədə qırmızı rənglə qeyd olunmuş ərazi 2017-ci il üçün Bakcell şəbəkəsinin əhatə dairəsini göstərir.

Beynəlxalq şəbəkəmiz

Bakcell müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada olarkən rouminq xidmətlərindən istifadə edə bilərlər. Bakcell şirkətinin 170-dən çox ölkənin operatoru ilə Səsli və SMS rouminq müqaviləsi var.