USSD vasitəsilə endirimli rouminq zəngləri

Siz xaricdə olduğunuz zaman bizim eksklüziv rouminq tərəfdaşlarımızın şəbəkələri daxilində USSD kod vasitəsilə istənilən istiqamətə (peyk və premium zona nömrələri istisna olmaqla) daha sərfəli qiymətlə zəng edə bilərsiniz – dəqiqəsi 0.65 AZN*. Eksklüziv tərəfdaşlarımızın siyahısını BURADAN əldə edə bilərsiniz.

  • Bakcell nömrəsinə zəng etmək üçün star135star 10 rəqəmli Bakcell nömrəsini (055 XXX XX XX) və hashcall yığın
  • Başqa bir operatora və ya Azərbaycandakı şəhər nömrəsinə zəng etmək üçün star135star operator və ya şəhər kodunu, zəng etdiyiniz nömrəni və hashcall yığın
  • Beynəlxalq nömrələrə zəng etmək üçün star135star 00 ölkə kodunu, zəng etdiyiniz nömrəni və hashcall yığın
  • Sonra sadəcə cavab zəngini gözləyin. Siz cavab verərkən yığdığınız nömrə ilə əlaqə yaratmış olacaqsınız.

*Zəngin tarifikasiya müddəti 1 dəqiqədir.