Elvin Abbaszadə

Mən Abbaszadə Elvin, “Mühasibat uçotu və audit“ ixtisası üzrə təhsilimi bitirmişəm. 2014-cü ilin iyulunda Bakcell-in “Smart start“ təcrübə proqramına qoşuldum. İlk gün digər təcrübəçi yoldaşlarımla birlikdə bizimlə ümumi görüş keçirildi. Bu görüş daha çox tanışlıq məqsədi daşıyırdı. Növbəti günlər ərzində isə bizə Bakcell haqqında daha ətraflı məlumat verildi və biz müxtəlif peşəkar təlimlərdə iştirak etdik. Bakcell-in ümumi iş prinsipi, daxili intizam və davranış qaydaları, mövcud olan şöbələri haqqında müxtəlif maraqlı məlumatlarla tanış olduqdan sonra təcrübəçilərin şöbələr üzrə bölgüsü təşkil olundu və kimin hansı şöbədə təlim keçəcəyi müəyyənləşdirildi.

2014-cü ilin iyulundan etibarən isə Bakcell-in Məlumat Mərkəzində təcrübəçi kimi fəaliyyətə başladım. İlk gün təcrübə rəhbərlərimizlə məlumat mərkəzinin iş prinsipləri haqqında məlumatlarla tanış olduq. Növbəti gündən başlayaraq isə biz işlə bağlı spesifik təlimlərə başladıq. Bu təlim ərzində ilkin olaraq telekommunikasiya sahəsinə dair ümumi icmal və Məhsullar, Xidmətlər, Kampaniyalar və s. kimi mövzularla tanış olduq. Bu mövzular üzrə həm nəzəri, həm də praktiki olaraq önəmli bilgilərə sahib olduq. Müəyyən biliklərə sahib olduqdan sonra məlumat mərkəzinə gələn zəngləri təcrübəçi kimi dinləyir, praktiki biliklərimizi dahada artırırdıq.

Təcrübə proqramına qoşulmazdan əvvəl gözləntilərim demək olar ki elədə çox deyildi. Çünki məlumat mərkəzi haqqında ümumi biliyə sahib olsamda, iş prinsipi haqqında məlumatım yox idi. Lakin sonradan fikirlərim tamamilə dəyişdi. Belə ki, əldə etdiyim biliklər, mehriban kollektiv, ciddi və məsuliyyətli, nizam– intizamlı iş rejimi, əlverişli iş ortamı və bir çox digər əlavə səbəblər bu sahəyə olan həvəsimi daha da artırdı.

Bu təcrübə proqramına qoşulduğum üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Bizim üçün belə gözəl şərait yaratdığına görə “Bakcell” şirkətinin rəhbərliyinə və üzərimizdə əməyi olan hər bir kəsə ayrı-ayrılıqda sonsuz təşəkkürlərimi bildirir, gələcək işlərində şirkət kollektivinə uğurların davamlı olmasını və müvəffəqiyyət arzulayram.