eSIM — Yeni nəsil SIM texnologiyası

Azərbaycanda ilk dəfə Bakcell yeni nəsil SIM texnologiyası olan eSIM-i təqdim edir!

  • eSIM
    Plastik SIM kartları əvəz edən rəqəmsal mikroçipdir və smartfonlarda istehsal zamanı quraşdırılmış olur. eSIM ilə adət etdiyiniz bütün mobil rabitə xidmətlərindən yararlanacaqsınız.
  • Üstünlüklər
    + Plastik SIM karta ehtiyac yoxdur
    + Dərhal aktivləşdirmə
    + Bir neçə nömrə istifadəsi


eSIM-dən istifadə üçün lazımdır

  • Dəstəkləyən mobil cihaz
    Smartfonun eSIM texnologiyasını dəstəklədiyini yoxlamaq üçün *313# yığın. eSIM-i dəstəkləyən smartfonların siyahısı BURADA.
  • eSIM-i aktivləşdirmək
    Yeni eSIM nömrəni əldə etmək üçün esim.bakcell.com saytına daxil olun. Mövcud nömrənin eSIM dublikatını almaq yaxud nömrənizi digər mobil operatordan daşımaq üçün Bakcell rəsmi satış mərkəzlərinə yaxınlaşın. Ünvanlar BURADA.


Tez-tez verilən suallar

eSIM nədir?

eSIM yeni nəsil SIM texnologiyası olmaqla smartfonda quraşdırılmış rəqəmsal mikroçipdir.

Hansı mobil cihazlar eSIM texnologiyasını dəstəkləyir?

Bunu yoxlamaq üçün *313# yığın. eSIM texnologiyasını dəstəkləyən mobil cihazların siyahısı BURADA.

Mövcud nömrəmi eSIM-ə keçirə bilərəm?

Bəli, bunun üçün sadəcə şəxsiyyət vəsiqənizlə birgə Bakcell Müştəri Xidmətləri yaxud rəsmi diler mərkəzlərinə yaxınlaşın və nömrənizin eSIM dublikatını istəyin. Dublikatlar üçün xidmət haqqı 3.50 AZN təşkil edir.

eSIM-i haradan əldə etmək/aktivləşdirmək olar?

Yeni eSIM-i nömrəni əldə etmək üçün esim.bakcell.com saytına daxil olun. Mövcud nömrənin eSIM dublikatını almaq yaxud nömrənizi digər mobil operatordan daşımaq üçün Bakcell rəsmi satış mərkəzlərinə yaxınlaşın. Ünvanların siyahısı BURADA.

eSIM ilə zəng etmək, SMS göndərmək/qəbul etmək, internetə daxil olmaq mümkündür?

Bəli, eSIM ilə adət etdiyiniz bütün mobil rabitə xidmətlərindən yararlana bilərsiniz.

eSIM ilə adi SIM kartın fərqi nədir?

eSIM olan yerdə, plastik SIM karta ehtiyac yoxdur. eSIM yeni nəsil SIM texnologiyası olmaqla smartfonda quraşdırılmış rəqəmsal mikroçipdir. Adi SIM kartda olan bütün xidmətlər eSIM üçün də aktivdir.

eSIM nömrəmi digər smartfonda istifadə edə bilərəm?

Bəli, bunun üçün mövcud istifadə etdiyiniz mobil cihazdan eSIM nömrəni silib digər smartfona yazdıra bilərsiniz.

Telefonumu itirsəm/oğurlasalar eSIM-i necə ləğv edə bilərəm?

Əgər telefonunuz itərsə yaxud oğurlanarsa, lütfən ən yaxın Bakcell Müştəri Xidmətləri Mərkəzinə müraciət edin və nömrənizin dublikatını çıxartdırın.


Mənim Bakcellim

Nömrənizlə bağlı bütün əməliyyatlar bir tətbiqdə.