Tez tez verilən suallar

Melomaniya kodları haqqında məlumat necə əldə edə bilərəm?

Melomania kodları barədə məlumatı 606, 2525, (012/055) 4920058 nömrələrinə zəng etməklə və ya wap/www.melomania.az İnternet səhifəsindən əldə edə bilərsiniz.

Sevimli nömrə kimi digər operator və ya xarici operator nömrəsini seçmək olarmı?

Sevimli nömrə kimi yalnız Bakcell nömrəsi aktivləşdirə bilərsiniz.

CIN nömrəmin hansı tarif planında olduğunu necə təyin edə bilərəm?

Nömrənizin hansı tarifdə olduğunu təyin etmək üçün, lütfən *138#YES yığın.

Qiymətlərə ƏDV daxildir?

Bəli, bütün qiymətlərə, ƏDV daxildir. Qiymətlər qəpiyinə qədər dəqiqliklə qeyd edilib.

Gizli nömrə ilə edilən zənglərin kim tərəfindən edildiyini öyrənə bilərəmmi?

Gizli gələn zənglər sizi narahat edirlərsə, və bu barədə məlumat əldə etmək üçün, yaşadığınız rayonun polis bölməsinə müraciət edin. Müvafiq tədbirlər yalnız polis tərəfindən görülə bilər.

Telefonumun IMEI kodunun qeydiyyatdan keçdiyini necə dəqiqləşdirə bilərəm?

Telefonunuzun IMEI kodunun qeydiyyatdan keçməsini öyrənmək üçün, IMEI kodu 1677 nömrəsinə göndərə bilərsiniz, xidmət haqqı 0.30 AZN təşkil edir və yaxud www.imei.az saytına daxil olub yoxlaya bilərsiniz.

PIN/PUK kodlar itirilibsə, bunları necə əldə etmək olar?

Hörmətli abunəçi, PIN/PUK kodlar haqqında məlumatı Bakcell Məlumat Mərkəzinin 555 qısa nömrəsinə zəng etməklə və yaxud Müştəri Xidmətlərinə yaxınlaşaraq əldə edə bilərsiniz. Nömrənin rəsmi sahibinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək vacibdir.

  • Məlumat Mərkəzinə zəng edərək öyrənmək istəyirsinizsə, Siz, nömrə hansı sənədlə alınıbsa, onun tam məlumatını təqdim etməlisiniz, əks halda məlumat verilməyək.
  • Müştəri xidmətlərinə yaxınlaşaraq öyrənmək istəyirsinizsə, nömrənin rəsmi sahibinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlisiniz.

Qeyd: Nömrə Sizin adınızadırsa, PIN/PUK kodları sizə təqdim edəcəklər, əks təqdirdə, telefonu koddan açandan sonra kodlar Sizə təqdim edilməyəcək.

Nömrə sifariş etmək istəyirəm.

Nömrə sifarişi xidməti mövcud deyil. Siz yeni nömrə əldə etmək üçün Müştəri Xidmətləri Mərkəzləri və ya Rəsmi Diler Nöqtələrindən birinə yaxınlaşa bilərsiniz.

Klass tariflərinə təqdim edilən bonusları xaricə zəng etmək üçün və ya SMS göndərmək üçün istifadə etmək mümkündür?

Xeyr, təqdim edilən bonuslar yalnız ölkə daxili istifadə üçün nəzərdə tutulub.

iPhone telefonunda SMS mərkəzinin nömrəsini necə qeyd etmək olar?

iPhone telefonunda SMS mərkəzini qeyd etmək üçün Siz **5005*7672*+994557070707#YES kodunu yığmalısınız. SMS mərkəzinin nömrəsini yoxlamaq üçün *#5005*7672#YES yığa bilərsiniz.

Daxil olan zənglərin izahlı qaiməsini əldə etmək mümkündür?

İzahlı qaimə yalnız çıxan zənglər, SMS-lər və ümumi istifadə barədə məlumat əldə etmək olur. SMS-in mətni əks olunmur. İzahlı qaiməni əldə etmək üçün, nömrə həqiqətən sizin adınıza olmalıdır və bunu təsdiq etmək üçün siz şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz.

Adıma olan nömrənin izahlı qaiməsini digər bir şəxs əldə edə bilər?

Nömrənin rəsmi sahibindən başqa, heç kəs bu məlumatı əldə edə bilməz. İzahlı qaiməni əldə etmək üçün, nömrə həqiqətən sizin adınıza olmalıdır və bunu təsdiq etmək üçün siz şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz.

Dublikatı hansı sənədlərlə əldə etmək olar?

Nömrənin dublikatını əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi yaxud ümum vətəndaş pasportu; xarici vətəndaşlar isə müvəqqəti yaşayış icazəsi, daimi yaşayış icazəsi yaxud xarici vətəndaşın pasportu) təqdim edilməlidir.

Nömrə itirilibsə, onu necə bağlamaq olar?

Siz Bakcell şirkətinin Məlumat Mərkəzinin 555 qısa nömrəsi ilə əlaqə saxlayıb, nömrənin rəsmi sahibinin şəxsiyyətini təsdiq edən sənədinin məlumatını ( əgər nömrə o sənədlə alınıbsa) təqdim etməklə bağlada bilərsiniz. Bundan əlavə, nömrənin rəsmi sahibi istənilən Bakcell Müştəri Xidmətlərindən birinə yaxınlaşaraq, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək nömrəni bağlaya bilər

Sür@ Data Kart-da təqdim olunan nömrə ilə zəng etmək mümkündür?

Sür@ Data Kart ilə təqdim olunan nömrə yalnız İnternet, SMS və MMS xidmətlərindən istifadə etmək üçün nəzərdə tutulub.

Sür@ Data Kart-da təqdim olunan nömrəni adi CIN nömrəsinə keçirib istifadə etmək mümkündür?

Sür@ Data Kart ilə təqdim olunan nömrədə tarif planını dəyişmək mümkün deyildir.

Adıma olan nömrələrin siyahısını necə əldə edə bilərəm?

Adınıza olan nömrələrin siyahısını əldə etmək üçün, şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə istənilən Bakcell Müştəri Xidmətlərindən birinə yaxınlaşaraq, müraciət ərizəsini doldurmalısınız.

3G nədir?

3G (ingiliscə Third Generation , AZ- üçüncü nəsil) mobil kommunikasiya texnologiyaları –yüksəksürətli İnternet və məlumatın ötürülməsi üçün kanal yaradan radiorabitə texnologiyalarını özündə birləşdirən xidmətlərdir. Üçüncü nəsil mobil rabitəsi, paket məlumatların (data) ötürülməsi üzərində qurulub. 3G şəbəkələri desimetrlik tezlik (adətən 2Ghz ətrafında) diapazonunda işləyir. 3G şəbəkələri mobil telefonda video konfrans yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkanlar yaradır.

Mən 3G-ni nə cür aktivləşdirə bilərəm?

3G texnologiyasından yararlanmaq üçün, abunəçilər 3G standartını dəstəkləyən mobil telefonlardan istifadə etməlidirlər. Sizin mobil cihazınız SİM kart vasitəsilə 3G şəbəkəsinə qoşulur və Siz İnternetə çıxış əldə edirsiniz. 3G şəbəkəsindən istifadə etmək üçün 3G standartını dəstəkləyən telefonların menyusunda “UMTS” və ya “3G mode only” rejimini seçmək lazımdır.

Telefonum 3G funksiyasını dəstəkləyirmi?

Smartfonların əksəriyyəti 3G funksiyasına malikdir. 3G-ni dəstəkləyən telefonların adətən iki kamerası olur. Telefonunuzun 3G funksiyasına malik olub olmamasını öyrənmək üçün 555 nömrəsinə, yəni Bakcell-in Məlumat Mərkəzinə zəng vurun, və ya yaxındakı Müştəri Xidmətləri Mərkəzinə, Bakcell-IM-lərə və yaxud diler dükanına müraciət edin. Bizim müştəri xidmətləri üzrə nümayəndələrimiz böyük məmnuniyyətlə Sizə kömək edəcəklər.

Mobil telefonumda 3G-ni necə əl ilə aktivləşdirə bilərəm?

Əgər Sizin mobil cihazınız avtomatik olaraq şəbəkəyə qoşulmursa, Siz aşağıdakı seçənəklərdən istifadə edib şəbəkəni əl ilə aktivləşdirə bilərsiniz:

3G Telefon seçənəkləri: IPhone OS:

Settings->General->Network–>Enable 3G (ON)

3G Telefon seçənəkləri: Blackberry OS

Manage Connections->Network and Connections->Mobile Networks->Network Mode ->3G

3G Telefon seçənəkləri: Nokia S6

Settings->Phone->Network->Network Mode->UMTS

3G Telefon seçənəkləri: Android OS

Settings->Wireless and Networks->Mobile Networks->Network Mode ->WCDMA only

Settings->Wireless and Networks->Mobile Networks->Use Packet Data

3G ilə mən hansı yeni xidmətlərdən istifadə edə bilərəm?

3G texnologiyası səs zəngləri ilə yanaşı, daha qabaqcıl xidmətlərdən yararlanmaq imkanını yaradır. Bu xidmətlər mobil mühitdə bütün video və məlumat ötürməni, yəni yüksəksürətli İnternet, video zənglər, mobil televiziya və s. kimi xidmətləri daxil edir. Mobil TV, 3G video kamera və yüksək sürətlə məlumatların ötürülməsi vasitəsilə göstərilən digər xidmətlər yaxın gələcəkdə təqdim olunacaq.

3G şəbəkəsində İnternetin sürəti nə qədərdir?

3G İnternetinin “meqabayt” sürəti ən tələbkar İnternet istifadəçilərini belə razı salacaq. 3G texnologiyası sayəsində, Siz 28Mbps qədər məlumat ötürmə sürətindən yararlana biləcəksiniz. Məlumat ötürmə sürəti istifadəçilərin sayı və baza stansiyasına qədər olan məsafədən asılıdır: şəbəkədən istifadə edən müştərilərin sayı və abunəçinin baza stansiyasına qədər məsafəsi nə qədər çoxdursa, o qədər də məlumat ötürmə sürəti aşağı olur.

Video zəng nədir?

'Video zəng” – səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən texnologiyadır. Bu texnologiya sayəsində, abunəçilər bir birini eyni vaxtda eşidib görmək imkanını əldə edəcəklər. Nəzərə alın ki, heç də bütün mobil telefonlar video zəng xidmətini dəstəkləmir. Video zəng funksiyasını dəstəkləyən ən populyar cihazlar Nokia və Samsung tərəfindən istehsal edilir.

Mən necə video zəng edə bilərəm?

Video zəngi etmək səs zəngini etmək kimi olduqca asandır. Sadəcə nömrəni yığmaq lazımdır. Yeganə fərq ondan ibarətdir ki, səs zəngi yox, video zəng funksiyasını seçmək lazımdır. Əgər Siz və zəng etdiyiniz abunəçi 3G texnologiyasını dəstəkləyən mobil telefonlarından istifadə edirsinizsə, telefonunuzu göz qabağında tutun və ekrana baxın.

3G şəbəkəsində video zənglərin qiyməti nə qədərdir?

Adi və video zənglər arasında qiymət fərqi yoxdur. Video zəng üçün əlavə haqq tutulmur.

Digər mobil operatorların nömrələrinə video zəng etmək mümkündürmü?

Digər mobil operatorların nömrələrinə video zəng etmək üçün həm zəng edən həm də zəngi qəbul edən abunəçinin 3G şəbəkəsi aktiv olmalı, video zəng funksiyasını dəstəkləyən və quraşdırılmış video zəng kameraya malik 3G telefonlarından istifadə edilməlidir. Bu halda sadəcə:

1) Telefonunuzun ünvan kitabçasından istənilən abunəçini seçin.

2) Video zəng funksiyasını seçin

3) Video zənginiz, zəng etdiyiniz abunəçi dəstəyi qaldıran zaman başlanacaq.

Mən iPhone 4 markalı telefon işlədirəm. 3G ni aktiv etdikdən sonra ekrana 3G işarəsi gəlir; sürətli internetə girə bilirəm, lakin görüntülü danışıqdan istifadə edə bilmirəm.

Video zəng – 3G texnologiyasının səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən ən maraqlı xidmətlərindən biridir. Ancaq nəzərə alın ki, heç də bütün mobil telefonlar, o cümlədən iPhone mobil cihazı video zəng xidmətini dəstəkləmir. Bununla belə, xüsusi proqramlar (application) vasitəsilə iPhone cihazlarında video zəng xidmətindən istifadə etmək olar. iPhone 4-də “Face Time” adlanan proqram mövcuddur. Bu proqram vasitəsilə yalnız Apple istehsalı olan cihazlara video zəng etmək olar. Qeyd edək ki, bu və digər proqramlar vasitəsilə iPhone cihazlarında video zəng funksiyasının yerinə yetirilməsi üçün Wi-Fi internet bağlantısının olması zəruridir.

3G şəbəkəsindən istifadə etmək üçün telefonumun İnternet seçənəklərində hər hansı bir dəyişikliklər etmək lazımdırmı?

İnternetdən istifadə etmək üçün 3G-ni dəstəkləyən telefonunuzun seçənəklərini dəyişmək lazım deyil. Cari seçənəklər telefonun həm GSM, həm də 3G şəbəkəsində işləməsini təmin edir.

Mən 3G-dən istifadə etmək arzusunda deyiləmsə, şəbəkə bağlantısını ləğv edə bilərəm?

Siz istənilən zaman 3G şəbəkəsini söndürə bilərsiniz. Nəzərə alın ki, 2G şəbəkəsinə qayıdan zaman şəbəkə rejimi “GSM” və ya “yalnız 2G” rejiminə qaytarılmalıdır.

Zəng etmək və ya zəngi qəbul etmək mümkün olmaması, və yaxud SMS göndərmək/almaq mümkün olmaması kimi problemlərlə üzləşəndə nə etməliyəm?

3G texnologiyası hal hazırda test rejimində fəaliyyət göstərir və bu kimi problemlər yarana bilər. Bu cür hallarda sadəcə “2G” (GSM) şəbəkəsinə qayıdın. Abunəçinin cihazında ikili rejim (dual mode- həm 2G, həm 3G-nin aktiv oması) varsa, ekranda “SOS”, “No Network Coverage” (Şəbəkə xaricində), “Emergency Calls Only” (Yalnız fövqəladə zənglər) kimi mesajlar göstəriləcək və bu halda abunəçi öz telefonunu “2G only” (“yalnız 2G”) şəbəkə rejiminə keçirməlidir.

3G texnologiyasından CIN, Klass və Business daxil olmaqla bütün Bakcell abunəçiləri istifadə edə bilər?

3G texnologiyasından bütün Bakcell abunəçiləri faydalana biləcəklər. Müasir xidmətlərdən yararlanmaq üçün sadəcə 3G-ni dəstəkləyən mobil telefondan istifadə etmək lazımdır.

Bakcell-in 3G texnologiyasının əhatə dairəsi nə dərəcədə genişdir?

3G texnologiyasından Respublikamızın bütün şəhərlərində (işğal olunmuş ərazilər istisna olunmaqla) faydalanmaq mümkündür.

Video zənglər və 3G İnternet xidmətlərindən rouminq zamanı istifadə etmək olarmı?

3G texnologiyasına aid xidmətlər yalnız 3G şəbəkəsinə malik və Bakcell ilə data/GPRS və 3G rouminq müqaviləsi olan rouminq tərəfdaşların şəbəkələrində mümkündür. UMTS/HSDPA standartını dəstəkləyən mobil telefonlardan istifadə edən abunəçilər, Bakcell-in rouminq tərəfdaşlarının 3G şəbəkəsində qeydiyyatdan keçib, adi rejimdə rouminq xidmətlərindən istifadə edə bilərlər. Rouminq zamanı 3G şəbəkəsində İnternetdən istifadə zamanı sərf olunan trafik, rouminqdə məlumatın ötürülməsinə dair müvafiq qiymətlərə əsaslanaraq hesablanır. Rouminqdə olarkən 3G texnologiyasından istifadə, seçilmiş rouminq tərəfdaşın texniki imkanlarından asılıdır. Rouminqdə video zəng xidməti hal hazırda aktiv deyil. 3G şəbəkəsi aktiv olan Bakcell-in rouminq partnyorlarının siyahısı ilə BU SƏHİFƏDƏ tanış ola bilərsiniz.