Georgiy Bedineişvili

Georgiy Bedineişvili
Direktorlar Şurasının üzvü

Georgiy Bedineişvili Bakcell şirkətinin Direktorlar Şurasının üzvüdür.

Cənab Bedineişvili investisiya bankçılığı, vəsaitlərin idarə edilməsi, maliyyə idarəetməsi və ümumi idarəetmə üzrə geniş iş təcrübəsinə malikdir.

Maliyyə və marketinq sahələrində geniş bilik və təcrübəyə malik olaraq cənab Bedineişvili 1994-1997 illərdə Rusiya Federasiyasında RJ Reynolds Tobacco International şirkətində maliyyə direktoru vəzifəsini icra edib, sonra isə Böyük Britaniyaya köçərək Salomon Brothers şirkətində səhmlər bazarı üzrə analitik vəzifəsinə təyin edilib. 2004-cü ildə isə o, Böyük Britaniyada Salford Capital Partners şirkətində partnyor və idarəedici direktor kimi iş fəaliyyətinə başlayıb.

Cənab Bedineişvili Gürcüstan Prezidentinin İqtisadiyyat üzrə baş məsləhətçisi vəzifəsində çalışıb və Azad Tbilisi Universitetində dosentdir.

O, Berkeley Universitetinin MBA dərəcəsinə malikdir.