Gunel Musayeva

Mən Xəzər Universitetinin Tətbiqi elmlər və Mühəndislik fakultəsinin Telekommunikasiya, Elektronika və Radiomühəndislik bölməsində təhsil alıram. Hal hazırda 3-cü kurs tələbəsiyəm.

Bakcell-in rəsmi internet saytından “Smart Start” təcrübə proqramı barədə məlumat aldim. Bakcell şirkətinin Azərbaycanın İlk mobil operator olduğunu və telekommunikasiya sahəsində böyük təcrübəyə malik olduğunu nəzərə alaraq tələbəlik həyatımda ilk təcrübə kimi bu proqrama qatılmağı böyük bir şans bildim və iştirak etmək üçün müraciət etdim.

Təcrübə proqramı dövründə universitetdə qazandığım nəzəri biliklərimi inkişaf etdirmək üçün təcrübənin nə dərəcədə vacib olduğunu başa düşdüm. İnanıram ki, “Smart Start”proqramı vasitəsi ilə qazandığım biliklər gələcək karyera həyatımda mühüm rol oynayacaq.

Proqramda iştirak zamanı mentorlar və bütun kollektiv təcrübəçilərə işi öyrənməkdə kömək edirdilər.Təcrübə proqramı sayəsində öz ixtisasımla yanaşı həmçinin bir çox başqa sahələrdə olan təlimlərə də qatıldım.

Bakcell şirkətinin gənclər üçün yaratdığı şərait sayəsində mənim kimi digər təcrübəçilər də öz karyera həyatında ilk addımlarını atmış oldular. Gələcəkdə uğurlu karyera qurmaq istəyən bütün tələbələrə “Smart Start” proqramına qoşulmağı məsləhət görürəm.