download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    Mən qayıtdım

    “Mən qayıtdım” xidməti zəng çatmayan Bakcell abunəçiləri ilə əlaqə saxlamaq istəyənlərə həmin abunəçilərin şəbəkəyə geri qayıtması barədə məlumat verir. Zəng etdiyiniz Bakcell abunəçisi şəbəkəyə qoşulduqda, bu xidmət abunəçi şəbəkədə olmayan zaman ona zəng edən bütün Bakcell abunəçilərinə SMS xəbərdarlıq göndərir.


    Aktivləşdirmə


    “Mən qayıtdım” xidməti “Sənə zəng etmişdim: Zəng çatmır” xidmətini aktivləşdirmiş bütün abunəçilər üçün avtomatik aktivləşdiriləcək. Bu zaman:


    • Şəbəkədə olmayan abunəçi şəbəkəyə geri qayıtdıqdan sonra qəbul etmədiyi bütün zənglər barədə “Sənə zəng etmişdim” xəbərdarlığı alacaq;
    • Zəng edən bütün abunəçilər isə zəng etdikləri şəxsin şəbəkəyə qayıtması barədə “Mən qayıtdım” xəbərdarlığı alacaq.


    “Sənə zəng etmişdim: Zəng çatmır” xidmətini aktivləşdirən bütün yeni abunəçilər üçün “Mən qayıtdım” xidməti avtomatik olaraq aktivləşdiriləcək. Əgər abunəçi “Sənə zəng etmişdim” xidmətini deaktivləşdirərsə, “Mən qayıtdım” xidməti də avtomatik deaktivasiya ediləcək.


    Abunəçilər *159#552#  yığmaqla şəbəkəyə qayıtmaları barədə xəbərdarlığın digər abunəçilərə göndərilməsini deaktivasiya edə bilərlər.


    Eynilə *159#552# yığmaqla xidməti yenidən aktivləşdirmək olar.


    Xidmətin xəbərdarlıqları


    Abunəçilər zəng etdikləri şəxsin şəbəkəyə qayıtması barədə SMS xəbərdarlıqları alarkən, zəng etdikləri şəxsin _nömrəsi_ SMS mesajın “kimdən” bölməsində görünəcək. Bu zəng olunan şəxsin nömrəsinin abunəçinin telefon kitabçasında olan nömrə ilə tutuşdurulmasını asanlaşdırır və “SMS göndərənə zəng et” funksiyası vasitəsilə həmin şəxsə zəng etmək imkanı verir.


    Əlavə komandalar



    Xidmət haqqı


    • Xidmətin aktivləşdirilməsi/deaktivasiyası/yenidən aktivləşdirilməsi pulsuzdur.