İdentifikasiya kodu

Öz nömrəniz barədə hər şeyi öyrənin

İndi Siz hətta şəhər telefonlarından belə zəng edib seçimlərinizi dəyişə, hesabınızın vəziyyətini öyrənə və öz nömrənizlə bağlı digər məlumatları əldə edə bilərsiniz. Bunun üçün artıq operatora bağlanmağı gözləmək lazım deyil, çünki Siz hətta şəhər telefonundan zəng etsəniz belə bizim Məlumat Mərkəzinin avtomatlaşdırılmış sistemi Sizi tanıya bilir. Bunun üçün Siz sadəcə öz identifikasiya kodunuzu əldə etməlisiniz.

İdentifikasiya kodunun aktivləşdirilməsi

  • Öz identifikasiya kodunuzu aktivləşdirmək üçün öz mobil telefonunuzdan 555 qısa nömrəsinə zəng edin
  • Orada deyilən göstərişləri icra edərək dörd rəqəmli nömrəni daxil edin, bu nömrə Sizin identifikasiya kodunuz olacaq
  • İndi Məlumat Mərkəzinin 0550000555 şəhər nömrəsinə zəng etməklə Siz nömrənizin kökləmələrini dəyişə, hesabınızın vəziyyətini öyrənə və nömrənizlə bağlı digər məlumatları əldə edə bilərsiniz

İdentifikasiya kodunun əvəz edilməsi

  • Siz istənilən an öz identifikasiya nömrənizi dəyişə bilərsiniz, bunun üçün sadəcə mobil telefonunuzdan 555 qısa nömrəsinə zəng edib identifikasiya kodunun aktivləşdirilməsi zamanı etdiyiniz kimi göstərişləri icra etməlisiniz

CIN üçün identifikasiya kodunun imkanları

İdentifikasiya kodu Sizə öz şəxsi kökləmələrinizə avtomatik rejimdə çıxış əldə etmək (Siz mobil nömrənizdən 555 zəng edən zaman olduğu kimi) imkanı verir. Hesabınızın vəziyyətini öyrənmək üçün Siz operatorla bağlanmalısınız.

Klass və Business abunəçiləri üçün identifikasiya kodunun imkanları

İdentifikasiya kodu Sizə öz şəxsi kökləmələrinizə avtomatik rejimdə çıxış əldə etmək (Siz mobil nömrənizdən 555 zəng edən zaman olduğu kimi) və hesabınızın vəziyyətini yoxlamaq imkanı verir.

Tarif planı

İdentifikasiya kodlarının aktivləşdirilməsi və dəyişdirilməsi bütün Bakcell tarifləri üçün pulsuzdur.