Rouminqdə olarkən

Balansı necə öyrənmək olar?

Rouminqdə olarkən istənilən vaxt balansınızı öyrənə bilərsiniz. Bunun üçün sadəcə star100hashcall yığın.

Balansı necə artırmaq olar?

Rouminqdə olarkən balansınızı artırmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

  • Balansınızı artırmaq üçün telefonunuzda star101hash ödəniş kartının 15 rəqəmli kodu hashcall yığın.
  • Dostunuz sizin balansınızı artırmaq üçün star101hash ödəniş kartının 15 rəqəmli kodu hash abunəçinin nömrəsi hashcall yığa bilər.
  • Balansınızı onlayn vasitəsi ilə artıra bilərsiniz.
  • Bakcell Rouminq applikasiyası ilə balansı artıra bilərsiz. (Buradan yükləyin)

Xarici ölkəyə səfər etməkdən əvvəl lütfən rouminq xidməti üçün balansınızda kifayət qədər vəsaitin olmasını dəqiqləşdirin.

Necə zəng etmək olar?

  • Rouminqdə olarkən öz nömrənizdən zəng etmək üçün beynəlxalq yığım standartına riayət etməlisiniz:
    + [ölkə kodu] [şəhər kodu] [telefonun nömrəsi].
  • Nümunə: Bakıya zəng etmək üçün 055 ХХХ ХХ ХХ əvəzinə +994 55 ХХХ ХХ ХХ qaydası ilə yığın.

Xidmət və dəstək

BAKCELL MƏLUMAT MƏRKƏZİNƏ ZƏNG
Xarici ölkədə olarkən Bakcell Məlumat Mərkəzinə zəng etmək üçün nömrəni beynəlxalq formatda nümunəyə uyğun halda yığın +994 12 4988989.