İnterneti aktivləşdirmək

Mobil telefonunuzda İnterneti aktivləşdirmək üçün 5950 qısa nömrəsinə boş SMS göndərin. Siz İnternetə sürətli çıxış üçün avtomatik seçənəkləri SMS vasitəsilə alacaqsınız. Bu seçənəkləri qəbul edib saxlamaq lazımdır.

Siz həmçinin İnterneti özünüz aktivləşdirə bilərsiniz. Bunun üçün telefonun menyusunda “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın. Digər seçənəklər adətən dəyişilməz olaraq qalır.